Doğuma hazırlıq bölməsinin
təmizliyinə nəzarət edin.
|
- Təsərrüfata uyğun iş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Əvvəlcə ayaqqabını dezinfeksiya edin və fermaya
daxil olun.
- İnəyin yatdığı yerin peyinini təmizləyin və
təmizlənmiş yerə kəpək səpin. Nəcis və sidiklə
dolu olan yer sürüşməni artırır, boğaz heyvanın
dırnağına pis təsir edir, dırnaq yumşalaraq
zədələnir və çürüyür.
- Yem axuru təmiz deyilsə, axuru təmizləyin və
yemi yenidən təmizlənmiş axura itələyin. Yem
axuru kirli olduqda yemlə heyvanın boğazına
toz və digər cisimlər gedə bilər, bu da heyvanın
sağlamlığına ziyandır.
|