Təsərrüfat axırıncı xəstə sağalandan 2 ay sonra sağlam hesab edilir.
Profilaktika məqsədilə heyvanların normal fizioloji müqavimətini təmin edən şəraiti yaratmaqla xəstəlik
müşahidə edilən təsərrüfatlarda qaramalın qoyun və keçilərlə təmasda olmasına yol verilməməlidir.
8.5
Yoluxucu rinotraxeit
İti gedişli kontagioz virus xəstəliyidir. Tənəffüs traktı üzvlərinin, cinsiyyət üzvləri və mərkəzi sinir
sisteminin pozğunluqları ilə səciyyələnir.
Törədicisi. DNT-li virusdur, yuxarı tənəffüs yolları, konyuktiva və çoxalma orqanlarının
selikli qişasında
çoxalıb, parazitlik edirlər.
Epizotologiyası. Yoluxmanın mənbəyi xəstə və xəstəlikdən sağalmış virus daşıyıcı
heyvanlardır. Viruslar bu
heyvanların ağız, burun və sidik-cinsiyyət üzvlərinin axıntılarının tərkibində ətrafa yayılır (sağaldıqdan
sonra iki ilə kimi). Yoluxma kontakt yolla baş verir, əsas yoluxma yolları aerogen və cinsiyyət üzvləri
vasitəsi ilədir. Bu da xəstəliyin forması və əsas klinik əlamətlərini şərtləndirir.
Xəstəliyə bir qayda olaraq böyük heyvandarlıq təsərrüfatlarında rast gəlinir. Heyvanların əlverişsiz
şəraitdə, bağlı halda saxlanması, yüksək rütubət və normal mikroiqlimin olmaması, keyfiyyətsiz yemləmə
xəstəliyin ağırlaşmasına böyük təsir göstərir.
Epizootik prosesin dinamikası sürüdə həssas heyvanların sayından və onların immunobioloji statusundan
asılıdır. Xəstəlik başlandıqdan qısa vaxt sonra bütün həssas heyvanlar yoluxurlar. Cavanlarda xəstəlik
qeyri-tipik əlamətlərlə gedə bilər.
İmmunitet. Xəstəlikdən sağalmış heyvanlarda uzunmüddətli gərgin immunitet yaranır (xüsusilə
tənəffüs orqanlarının yoluxması zamanı). Ana tərəfindən balaya ötürülən immunitet 6 ayadək davam edir.
Diaqnoz. Epizotoloji, klinik və laborator müayinələrinə əsasən inamla diaqnoz qoymaq olar. Seroloji
reaksiyalardan neytrallaşma, presipitasiya və s. geniş istifadə edilir. Laboratoriya analizləri üçün
patoloji material olaraq burun axıntısı, sidik- cinsiyyət yollarının seliyi götürülür. Cəsədlərdən ölümdən 2
saatdan gec olmamaqla, traxeya, ağciyər, beyin, balalıq, atılmış balalardan isə parenximatoz orqanlardan bir
parça götürülə bilər.
Müalicə. Spesifik müalicə vasitəsi kimi xəstəlikdən sağalmış heyvanların antitellərinin titri l:32-dən az
olmayan serumu istifadə olunur. Müalicədə ikinci mikroflora ilə sirayətlənmənin qarşısının alınması mühüm
əhəmiyyət daşıyır.
Profilaktika və mübarizə tədbirləri. Spesifik fəal immunizasiya üçün 1111 və zəiflədilmiş
vaksinlərindən
istifadə olunur. Hazırda qaramalın rinotraxeiti və paraqrip-3 xəstəliyinə qarşı assosiasiya olunmuş vaksin
hazırlanmışdır. Xəstəliyin ümumi profilaktikasına heyvanların normal /zoogigiyenik normativlərə uyğun
şəraitdə bəslənməsi, habelə təsərrüfatda tələb olunan baytar-sanitar tədbirlərinin yerinə yetirilməsi
daxildir.