Sürünün komplektləşdirilməsi və yeni gətirilən heyvanların karantində saxlanmasına xüsusi
diqqət yetirilməlidir. Qeyri-sağlam təsərrüfatlardan
törədicinin sağlam zonalara keçməsinə qarşı tədbirlər
həyata keçirilməlidir. Xəstə heyvanları təcrid edib
müalicə, sağlamları isə peyvənd etmək lazımdır.
8.6 Mastit (yelinin iltihabı)
Yelininmikroblartərəfindən zəbtedilib, toxumalarının məhv edilməsinə mastit deyilir. Mastitin təməl səbəbi sağımda edilən səhvlər və sağım əsnasında təmizliyə riayət olunmaması, mikrobların döş dəliyindən döş içərisinə daxil olmasıdır. Çünki süd mikrobların yetişməsi və çoxalması üçün uyğun mühitdir. Mastit necə meydana gəlir? Mastitin yoluxma mənbələri aşağıdakılardır: 1. Sürüdə olan mastitli heyvanlar; 2. Sağımı həyata keçirən şəxslərin çirkli əlləri, çirkli bezləri və düzgün işləməyən sağım maşınları; 3. Yelin və məmə başı baxımsızlığı, məmə başı yaraları. Mastitin növləri 1. Subklinik (gizli) mastit İnəyin yelinində və ya süddə hər hansı bir əlamət müşahidə olunmur. Süd məhsuldarlığını və keyfiyyəti nəzərəçarpacaq şəkildə aşağı salan gizli mastit formasıdır. 2. Klinik (görünən) mastit Yelinin şişməsi, qızarması, hərarətin artması, südün yararsız olması, bəzi hallarda isə heyvanın ümumi vəziyyətinin pisləşməsi kimi əlamətlərlə müşahidə olunan mastit formasıdır. Heyvanın yelində ağrılar baş verir. Qısa müddətdə heyvanın yelininin görünüşü dəyişərək rəngi tünd bənövşəyi və ya mavi rəng alır. Şiş inkişaf edir, ilk bir neçə saat əmcəyin ucundan sarımtıl maye gəlir. Müalicə edilməzsə, xəstəlik daha da inkişaf edir və əmcəklərdə korluq yarana və ya heyvanın tələfatı ilə nəticələnə bilər. |