Yelinə qulluq və mastitdən qorunma
Mastitdən qorunmaq üçün yuxarıda qeyd olunan sağım əvvəli, sağım zamanı və sağım sonrasında riayət edilməsi
zəruri olan qaydalara əməl olunmalıdır.
Mastitin qarşısını almaq üçün aşağıdakılara əməl etmək tələb olunur:
•
Əvvəlcə axurun təmizliyinə və dezinfeksiya qaydalarına əməl olunmalıdır.
•
İnəklər tez-tez bağlanmamalıdır.
•
İnəklərin yatdığı yer təmiz olmalı, bağlı sistemdə nəcislə, açıq sistemdə palçıqla təmasının qarşısı
alınmalıdır.
•
Heyvanların olduqları mühitdə yelinini yaralaya biləcək məftil, hasar və s. kimi mexaniki zədələnmələrə yol
açan vasitələr olmamalıdır.
•
Axurda döşəmənin təmizliyi gündə ən az 2 dəfə aparılmalıdır.
•
Sağımdan sonra ən az yarım saat ərzində inəklərin yatmasının qarşısı alınmalıdır. Sağımdan sonra mütləq döş
başları daldırma məhlulu ilə dezinfeksiya edilməlidir. Döş başı dezinfeksiya təyin edərkən xüsusilə döşü
mexaniki olaraq qoruyan və məmə başına qulluq edən formaları seçmək lazımdır.
•
Qurutmaya və doğuma yaxın kritik dövrlərdə döş başlarına "Masdisin dry off" tətbiq edərək məmə başı
dəliyindən mikrobların girməsinə mane olmaq lazımdır. Qurutmaya və doğuma yaxın içəridəki südün təzyiqinə,
əmcəyin başının dəliyinə fikir vermək və mikrobların daxil olmamasını nəzarətdə saxlamaq lazımdır.
•
Sağım sistemlərinə və ya sağım maşınlarına peşəkar heyət tərəfindən ən azı ildə bir dəfə nəzarət
edilməlidir. Kauçuk tərkibli hissələr və xüsusilə daxili şinlər zədələndikdə dəyişdirilməlidir. Daxili şinin
istifadə müddəti sağılan inək sayına görə dəyişir. Lakin bunların ildə ən az iki dəfə yenilənməsi tövsiyə
edilir. Digər rezin materiallar isə hər il yenilənməlidir.
•
Qidalanma ilə xəstəliklər arasında yaxın əlaqə olduğu məlumdur. Mastitin tez-tez təsadüf edildiyi
təsərrüfatlarda yemlərə selenium, sink və E vitamini olan qatqılar əlavə olunmalıdır.
8.7
Pasterellyoz
Xəstəliyin törədicisi "Pasterella multocida"dır.
Davamlılığı. Xəstəliyin törədicisi nisbətən davamsız olmaqla yüksək temperatur, günəş
şüaları və qurumanın
təsirindən bir neçə dəqiqəyə inaktivləşir.
Pasterellalar 70-900C istilikdə 5-10 dəqiqəyə, 1000C-də 1 dəqiqəyə, 1-50C-də isə bir neçə günə tələf
olurlar.Törədicilər peyində 4 ay, çürümüş cəmdəkdə isə 1 aya qədər sağ qalır. Dezinfeksiyaedici maddələrdən
karbol turşusu 5%-li məhlul halında 1-3 dəqiqəyə, 5%- li xlorlu əhəng məhlulu 4-5 dəqiqəyə, 3-5%-li soda
məhlulunu 50-600C-də qızdırıldıqda 3-5 dəqiqəyə törədiciyə öldürücü təsir göstərir.
Epidemioloji xüsusiyyətləri. Xəstəliyə əksər kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar
və quşlar
həssasdır. Ot və ət yeyən heyvanlarda pasterellyoz çox vaxt sekundar (iki infeksiyalı) infeksiya formasında
müşahidə edilir.