|
Sərbəst iş üçün tapşırıqlar
|
1.
Yemləmənin heyvanın cinsinə və məhsuldarlığına görə aparılmasını təyin edin.
2.
Yemləmədə çatışmazlığın məhsuldarlığa təsirini göstərin.
3.
Həddindən artıq yemləmənin piylənməyə və qısırlığa yol açmasını müəyyənləşdirin.
4.
Keyfiyyətsiz yemin heyvanın sağlamlığına mənfi təsirini göstərin.
5.
Süd məhsuldarlığının artmasında mineral elementlərin əvəzedilməz rolunu qeyd edin.
6.
Vitamin çatışmazlığının heyvanın sağlamlığına və məhsuldarlığa təsirini göstərin.
Praktiki tapşırıqlar və fəaliyyətlər
|
|
Fəaliyyət və tapşırıqlar |
Təlimat və tövsiyələr |
Silosun keyfiyyətini müəyyən edin.
|
- Təsərrüfata uyğun iş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Əvvəlcə ayaqqabıları dezinfeksiya edin.
- Heyvana verilən yemi əlinizə götürüb ovxalayın.
- Silosu burnunuza yaxın gətirin və qoxulayın, keyfiyyətli silos daha xoş iyə malikdir.
- Rəngi tünd və pis qoxulu yem yemin keyfiyyətsiz
olmasını göstərir, ona görə yemdə belə hallar müəyyən etsəniz, həmin yemi dərhal
kənarlaşdırın və keyfiyyətli yemlə əvəz edin.
|
Quru otun keyfiyyətini təyin
edin.
|
- Təsərrüfata uyğun iş paltarını geyinin.
- Əməyin təhlükəsizliyi qaydalarına diqqət edin.
- Əvvəlcə ayaqqabıları dezinfeksiya edin.
- Heyvana verilən yemi əlinizə götürüb ovxalayın.
- Otun keyfiyyətli olmasını onun rənginə və iyinə
görə təyin edəcəksiniz.
- Kiflənmiş ot qara rəngdə və pis qoxulu olur.
- Həmçinin tərkibində sərt gövdəli, qoxulu və
tikanlı yemlərin olması heyvanın yemi iştahayla yeməsinə və südün qoxusunun dəyişməsinə
səbəb olur. Belə qatqılı yemləri mütləq ayırmalı və keyfiyyətli, yumşaq, quru otla əvəz
etməlisiniz.
|