Quru maddə - yemlərin tərkibinə görə müqayisə olunması və qiymətləndirilməsi göstəricisi olmaqla aşağıdakı kimi müəyyənləşdirilir:
Quru maddənin tərkibinə zülallar, karbohidratlar (nişasta, şəkər və sellüloza), yağlar, vitaminlər, mineral maddələr və yem əlavələri daxildir.
Gün ərzində heyvanın qəbul edəcəyi yemlərin miqdarı heyvanın mənşəyindən (həzm aparatının tutumundan, diri çəkisindən, cinsindən, cinsiyyət qrupundan), saxlanma şəraitindən (temperatur, sıxlıq, işıqlanma dərəcəsi, yemləmə sistemi) və yemlərdən (mübadilə enerjisi tutumundan, həzm olunma qabiliyyətindən, rasionun tərkibindən, xam sellülozanın miqdarından, yemlərin forması, qoxusu, dadı və toksin tərkibindən) asılıdır.
Heyvanın yem rasionu, əsasən, onun məhsuldarlığı nəzərə alınmaqla tərtib olunur. Quru maddənin kifayət qədər qəbul edilməməsi mədə şirəsi ifrazının azalmasına, yemin mədə-bağırsaq sistemi ilə hərəkətinin zəifləməsinə, heyvanda aclıq instinktinin aktivləşməsinə gətirib çıxarır. Normadan artıq quru maddənin qəbulu isə əksinə olaraq, yemin mədəbağırsaq sistemi ilə hərəkətini intensivləşdirir və nəticədə, yemin həzmə getməsini və qida maddələrinin heyvan orqanizmi tərəfindən mənimsənilməsini zəiflədir.
1.2. Üzvi maddələr
Üzvi maddələr aşağıdakı komponentlərdən ibarətdir: