1.2.1 Zülallar
Zülallar - amin turşularından ibarətdir. Onların sayı 20-yə bərabərdir. Amin
turşularının əksəriyyəti
heyvan orqanizminə yem vasitəsilə daxil olur, bəziləri isə orqanizmin özündə sintez olunur. Heyvanların
orqanizmində sintez oluna bilməyən amin turşuları "əvəzolunmaz amin turşuları" adlanır. Tərkibində
kifayət qədər "əvəzolunmaz amin turşuları" olan cavan mal-qaranın normal inkişafını təmin edən zülallar
tam dəyərli zülallar adlanır.
Cədvəl 2.
Yemlərdə əvəzolunmaz amin turşularının miqdarı, qr/kq
Amin turşusu | Buğda | Qarğıdalı | Soya |
Jmıx Günəbaxan |
Raps | Balıq unu |
Xam zülal (protein) % | 11,3 | 8,5 | 42 | 36 | 34,8 | 65 |
Lizin | 3,2 | 2,7 | 24,8 | 11 | 19,4 | 48,1 |
Metionin+Sistin | 4,8 | 3,7 | 13,1 | 10,3 | 15,8 | 23,4 |
Treonin | 3,4 | 3 | 17,1 | 10 | 15,3 | 26,4 |
Triptofan | 1,5 | 0,8 | 6 | 3,8 | 4,4 | 6,6 |
İzoleysin | 4,1 | 3,2 | 20 | 11,7 | 13,8 | 25,7 |
Leysin | 7,6 | 11,9 | 35 | 17 | 24,7 | 45,4 |
Fenilalanin | 6 | 4,1 | 21,5 | 16,9 | 14,4 | 25,1 |
Arginin | 6 | 4 | 32,5 | 29,4 | 20,8 | 36,6 |
Histidin | 3 | 2,5 | 11 | 6,4 | 9,3 | 17,8 |
Valin | 5,7 | 4,2 | 23 | 16,1 | 17,6 | 30,3 |
Tərkibi, əsasən, heyvan orqanizmində sintez olunan amin turşularından ibarət zülallar natamam dəyərli zülallar adlanır. Tam dəyərli zülallar heyvan mənşəli yemlərin və bitki mənşəli yemlərdən yaşıl yemin, silosun və quru otun tərkibində olur. Heyvan rasionunun tərkibində kifayət qədər tam dəyərli və həzm olunan zülallar olmalıdır. Tam dəyərli zülallara, xüsusilə donuz və quşların böyük ehtiyacı var. Çünki onların orqanizmində "əvəzolunmaz amin turşuları"nın sintezi məhduddur. Zülal çatışmazlığı zamanı heyvan orqanizmi inkişafdan qalır, məhsuldarlığı azalır, xəstəliklərə davamlılığı azalır, uzun müddət davam etdikdə isə tələf olur. Sağmal mal-qaranın rasionunda normadan artıq zülalların olması müvəqqəti olaraq südün artmasına səbəb olur. Ancaq heyvanın tələbatından artıq zülal qəbul etməsi maddələr mübadiləsinin intensivləşməsinə, heyvanın tez çıxdaş olmasına səbəb olur.
Amidlər qeyri zülal olmayan azot birləşmələridir. Tərkibində olan amin turşularının hesabına heyvanların orqanizmində zülalların sintezi prosesi gedir ki, bu da böyük əhəmiyyətə malikdir.