c) Turşu-qələvi balanslaşmasının tənzimləyicisidir.
1.6. Yemin analizi - tərkibin müəyyənləşdirilməsi
Məqsəd: Yem təchizatı xərcləri heyvandarlıq təsərrüfatının ümumi xərclərinin əsasını
təşkil edir. Odur ki, gündəlik yem rasionu heyvanların yem tələbatını ödəməklə
yanaşı, mümkün qədər az xərclə sağlam mal-qara yetişdirməli və müvafiq məhsul
istehsal etməlidir. Odur ki, təsərrüfatın sahibi yemləri analiz etməyi, tərkibini
müəyyənləşdirməyi bacarmalıdır.
Yemlərin analiz kriteriyaları aşağıdakı kimidir:
Yemlərin keyfiyyətini orqanoleptik, fiziki-mexaniki, baytarlıq-bioloji və kimyəvi üsullarla müəyyən etmək olur.