2.1.1 Yaşıl kütlə
Yaşıl yemlərə aşağıdakılar aiddir:
Yaşıl yemlər heyvan orqanizmində asan həzm olur və tez qan-limfa sisteminə sorulur. Tərkibi zülallar, amin turşuları, vitaminlər və bir sıra mineral maddələrlə zəngindir. Yonca, çölnoxudu, noxud otları, qarışıq dağ-çəmən otları daha çox qiymətlidir. Onlarda protein, F və K ehtiyatı zəngindir. 1 kq çəmən otunda təxminən 25 qr həzmə gedən protein, 2,9 qr Ca, 0,7 qr P, 30-79 mqr karotin var.
Ümumi qaydada götürdükdə isə yaşıl yemlərin tərkibində orta hesabla 70-80% su olur. Quru maddəsinin isə 8-20%-i protein, 20-30%-i sellüloza, 35-45%-i AEM (azotsuz ekstraktiv maddələr), 2-4%-i yağlar, 1-3%-i şəkər və 12%-i küldən ibarətdir. Yaxşı otlaqlarda yetkin İBM bir gündə 70 kq-dək, atlar 50 kq-dək, donuzlar 12 kq-dək, qoyunlar 10 kq-dək yaşıl yemlə qidalanır.
2.1.2 Silos
Siloslaşma yaşıl bitki kütləsinin konservləşdirilməsindən ibarət mürəkkəb mikrobioloji və biokimyəvi prosesdir. Yemin saxlanmasının əsas şərti süd-turşu bakteriyalarının yaratdığı turş mühitdir. Odur ki, silos hazırlayarkən süd-turşu bakteriyalarının optimal inkişaf şəraiti nəzərə alınmalıdır.
Siloslaşma qabiliyyətinə görə bitkilər 3 qrupa bölünür:
a) | Asan siloslaşan bitkilər (tərkibində şəkərin miqdarı zəruri miqdarda süd-turşu qıcqırma prosesi üçün kifayət edir və ya artıqdır); |
b) | Çətin siloslaşan bitkilər (şəkər ehtiyatı məhduddur, ancaq ideal mühitdə süd-turşu qıcqırma prosesini təmin edir); |