2.3.1 Quru ot
Quru ot çoxillik (yonca, qorunca) və birillik bitkilərin (çölnoxudu, qatışıq dağ otları və s.) biçilərək qurudulması vasitəsilə həm təbii, həm də mədəni əkin sahələrindən tədarük olunur. Qışlama dövründə k/t heyvanları üçün ən zəruri yem olmaqla keyfiyyəti, əsasən, biçin vaxtından və saxlanma texnologiyasından asılıdır. Heyvanların hər 100 kq diri çəkisinə 2-4 kq hesabilə ot verilir.
Gövşəyən heyvanlarda otun quru maddəsi 70%-ə qədər həzmə gedir. Tədarük edilmiş quru otun nəmliyi 14-17% arasında olmalıdır. Münbit hava şəraitində belə qurudulan otun quru maddəsinin 10-30%-i itir
2.3.2 Ot unu (qranula)
Yaşıl bitkilər erkən vegetasiya fazasında biçilib tez bir zamanda yüksək temperaturda
qurudulduqdan sonra üyüdülür və qranula formasında sıxılaraq saxlanma anbarlarına
yığılır.
1) İstilik generatoru
2) Normallaşdırıcı bunker
3) Quruducu baraban
4) Hazır məhsulun mütəmadi boşaldılması sistemi
5) Tüstü borusu