Qışlama dövründə k/t heyvanlarının yem rasionunun əsasını quru ot təşkil etdiyinə görə ot unu
aşağıdakı üstünlüklərə malikdir:
-
Biçilmiş yaşıl kütlə itkisiz olaraq qurudulma sisteminin normallaşdırıcı bunkerinə daşınır;
-
Qaba yemlərə aid olmasına baxmayaraq, enerji dəyərliliyi üzrə qüvvəli yemlərə yaxınlaşır;
-
Düzgün hazırlanmış ot unu ümumi qidalılığına görə taxıl bitkilərindən (dən) geri qalmır və
1kq-da 100-140qr HP, 200-300mqr karotin, demək olar ki, bütün ƏAT vardır.
QOU-nun keyfiyyətli şəkildə saxlanması kriteriyaları:
-
Təzə biçilmiş paxlalı bitkilər, çuğundur şalğamı, müxtəlif yaşıl otlar soluxmamış, qısa
zaman kəsiyində normallaşdırma bunkerinə daşınmalıdır;
-
Doğranılmış yaşıl kütlə bir neçə saniyə ərzində 9-12% nəmliyi qalanadək qurudulmalıdır;
-
Qranulaların diametri 3-25mm, uzunluğu 2 diametri keçməməli, sıxlığı 600- 1300qr/m3, quru
maddə miqdarı 85-90%, nəmlik 10-15% olmalıdır.