2.3.4 Saman
Taxıl bitkiləri (buğda, arpa) döyüldükdən sonra qalan küləş və samanın yem dəyərliliyi bitkilərin növündən, sortundan, iqlim şəraitindən, becərmə aqrotexnikasından və s. amillərdən asılıdır. Payızlıq dənli bitkilərin samanı yazlıqlara nisbətən az qidalıdır. Doğranmamış küləşin həzmolunma qabiliyyəti çox zəifdir. Taxıl bitkilərinin küləşindən İBM-nın yemlənməsində istifadə edilir. Küləşin qidalılığının artması üçün:
- Doğrayaraq buğa vermək;
- Doğranmış samanı qüvvəli yem əlavəsi ilə pörtlətmək lazımdır.
Şəkil 29. Saman rulonu
2.3.5 Çiyid qabığı
Çiyid qabığı - yağ-piy sənayesində pambıq toxumunun (çiyid) emal olunma məhsulu (çiyid qabığı) olmaqla yem məqsədilə heyvandarlıq və quşçuluqda istifadə olunur. Tərkibində 4-5% protein (xam zülal) və adsorbent xüsusiyyətinə görə orqanizmdən zəhərli maddələri xaric edə bilən sellüloza (45%) var.
Yem qidalılığı payızlıq taxıl küləşinin qidalılığı ilə üst-üstə düşür. Pörtlədilərək İBM-ya verilməsi həzm olunmanı asanlaşdırır.