2.4. Heyvan mənşəli yemlər
Heyvan mənşəli yemlərə, əsasən, ət-süd və balıq emalı sənayesinin qalıqları aid edilir:
► Ət unu;
► Sümük unu;
► Ət-sümük unu;
► Balıq unu;
► Üzlü süd əvəzedici
Bu yemlər, əsasən, bitki mənşəli yemlərdən ibarət olan rasionlara əlavə olaraq, amin turşusu, mineral maddələr və vitaminlər üzrə balansını tənzimləmək üçün istifadə olunur. Üzlü süd əvəzedicidən isə buzovlara (doğulduqdan sonra 3 gün anasının ağız südünü əmməlidir) 4-cü gündən etibarən içmək üçün verilir.
2 .4.1 Üzlü süd əvəzedici (ÜSƏ)
Müasir üzlü süd əvəzedici (ÜSƏ) öz bioloji və enerji dəyərliliyinə görə təbii süddən
fərqlənmir.
Buzovlar üçün əhəmiyyəti: