Cədvəl 6.
Donuz balasının yemlənməsi üçün gündəlik tələb olunan " Moloqna-2000" norması
Yaşı, günlər | ÜSƏ |
Qatılığı ÜSƏ/su |
1 bala üçün gündəlik tələb olunan yem, qram |
|
1-4 | 0,3 l x 6 dəfə | 1:7 | - | - |
5- 10 | 0,7 l x 5 dəfə | 1:8 | - | - |
11- 20 | 1,2 l x 5 dəfə | 1:8 | 25-100 | - |
21- 30 | 2,5 l x 4 dəfə | 1:8 | 100-200 | 20-50 |
31- 40 | 3 l x 4 dəfə | 1:10 | 200-400 | 50-100 |
41- 50 | 3,7 l x 3 dəfə | 1:10 | 400-600 | 100-200 |
51- 60 | 3 l x 3 dəfə | 1:10 | 600-800 | 200-500 |
Təbii süd (ana donuzun südü) çatışmayanda 1-ci gündən 1:5 nisbətində ÜSƏ vermək olar. Lakin ilk 2-3 saat ərzində bulama içirilir ki, passiv immunitet yaransın. |
2 .4.2 Ət sümük unu
Ət unu ət emalı sənayesində yumşaq toxumalar emal olunduqdan sonra yerdə qalan
(dırnaq, buynuz, yun, gön-dəri, sümük və həzmetmə orqanları olmadan) qurudulub
üyüdülmüş ət qalıqlarıdır. Tərkibində 55%-ə qədər xam protein və 10%-dək xam yağlar
olur.
Ət-sümük unu isə ət ununun üyüdülmüş heyvan sümükləri ilə qarışığından ibarətdir. Tərkibində 40% xam protein, 10% Ca, 5% P, ət unundakından çox kül, B qrup vitaminləri, xüsusilə riboflovin, xolin, nikotinamid, B12 vardır. K/t heyvanlarının yem rasionunda quru maddənin 15%-ni təşkil edir.
Şəkil 32. Ət sümük unu