3.5.1 Şirəli yemlərin keyfiyyətinin orqanoleptik qiymətləndirilməsi
Silosun orqanoleptik qiymətləndirilməsi zamanı aşağıdakılar əsas götürülür:
Silosun orqanoleptik qiymətləndirilməsi
- Nəmliyi 75%-dən artıq olmur;
- pH 3,8-4,3;
- Turşu tərkibi 1,9-2,$% (onlardan 60%-ni süd turşusu təşkil edir);
- Orta keyfiyyətli silos qəhvəyi rəngli, sirkə qoxulu olur;
- Keyfiyyətsiz silos tünd qəhvəyi və ya qara rəngli, xarab olmuş pendir və ya balıq qurusu iyinə bənzəyən qələvili ammonyak iyi verir;
- Quruluşu dağınıq şəkildə olur, əldə ovxaladıqda yayılır pH 47-6,0;
- Çirkli-yaşıl rəngli korlanmış silos peyin iyli, pH 5 və daha yuxarı olur. Belə silosla heyvanları yemləmək olmaz;
- Normal pH-lı 50% sirkə turşusu və 10-20% yağ turşusu olan silosla heyvanları (boğaz heyvanlar istisna olmaqla) yemləmək (qüvvəli yemlərlə qarışığını buğda emal edəndən sonra) olar.
3.5.2 Qüvvəli yemlərin keyfiyyətinin orqanoleptik qiymətləndirilməsi
Qüvvəli yemlərin keyfiyyətinin orqanoleptik qiymətləndirilməsi üsulları:
Taxıl bitkiləri:
► | Keyfiyyətli dən parlaq olması və növünə xas xoş qoxusu ilə seçilir |
► | Nəmliyi 16%-dən yuxarı olmamalıdır (yoxlamaq üçün dəni bıçaqla kəsirlər. Quru dən çətinliklə, nəm dənlər isə asan kəsilir. 20%-dən yuxarı nəmliyi olan dənlər isə bıçağa yayılır); |
► | Parlaq olmaması (uclarında qara ləkələrin olması) keyfiyyətsiz şəraitdə tədarük olunması və saxlanılmasından xəbər verir; |
► | Qızışma gedən yem qırmızımtıl, bozumtul və qəhvəyimtil rəngdə olur və yekunda qaralır (kömürləşir), axıcılıq itir. Belə yemlərlə heyvanları yemləmək olmaz; |
► | Xarab olmuş yemdən çürük, xarab iy gəlir |