4.2.2 Heyvanın quru maddə (QM) ehtiyacı
Heyvanın cinsindən asılı olaraq gündəlik quru maddə ehtiyacı diri çəkisinin 3-3,5%-ni təşkil etməlidir.
4.2.3 Heyvan orqanizmi üçün saxlayıcı enerji (SE) ehtiyacı
Heyvan orqanizminin həyat təminatı enerjisi (SE) aşağıdakı formul vasitəsilə hesablanır:
SE (MJ) = (0,293 MJ x DÇ)3/4
4.2.4 Məhsuldarlıq üçün təmiz məhsul enerjisi (TME) ehtiyacı
Təmiz məhsuldarlıq enerjisi ehtiyacı aşağıdakı qaydada hesablanır:
TME ( MJ/1 kq süd)= 1,05 + (0,38 x südün yağlılığı) + (0,21 x südün zülalı)
4.2.5 Gündəlik enerji ehtiyacı balansı (EEB)
Gündəlik enerji ehtiyacı aşağıdakı formada müəyyənləşdirilir:
GEE= SE + TME
Boğaz inəklər üçün qurutma dövründə əlavə olaraq enerji tələbatı hesablanır:
- Boğazlığın son 6 həftəsindən 4 həftəsinədək gündəlik SE-nə 13 MJ əlavə etməli, 3-cü həftəsindən doğana
qədər isə gündəlik SE-nə 18 MJ əlavə etməlidir.
4.2.6 Gündəlik zülal ehtiyacı balansı (ZEB)
Gündəlik zülal ehtiyacı aşağıdakı formada hesablanır:
a)
Həzmə gedən protein (SE) qr/baş = (431 x 1,05)+(DÇ-650)/2,5
b)
Həzmə gedən protein (1 kq süd məhsulu üçün)= (81 x 1,05)+ (10 x zülal % - 34) x 2,1
ZEB= (431 x 1,05)+(DÇ-650)/2,5 + (81 x 1,05)+ (10 x zülal % - 34) x 2,1
İnəklərin qurutma dövründə isə əlavə protein tələbatı: boğazlığın son 6 həftəsindən 4 həftəsinədək
gündəlik SE-nə (DÇ+680)/2,5+1135, 3-cü həftəsindən doğana qədər isə (DÇ +710) x 2,5+1230 formulları üzrə
hesablanır.
4.3 Yem rasionlarının hesablanması
Yuxarıda qeyd edilənlərdən əlavə olaraq RAB (rubesdə azot balansı) nəzərə alınır:
► | RAB neqativ olanda - rubesdə mikroorqanizmlərin ixtiyarında artıq enerji olur, hansı ki, mikrob proteini sintez edə bilər, lakin azot çatışmazlığı buna imkan vermir; |
► | RAB pozitiv olanda isə rasiona əlavə enerji lazımdır ki, mikroblar ammonyakdan protein istehsal etsin; |
► | Rubesdə azot balansı norma üzrə 1-50 arası olur. |