►
Ət istehsalı üzrə 65-70%;
►
Donuz əti istehsalı üzrə 70-75% təşkil edir.
Rasional yemləmə heyvan orqanizmində funksional-morfoloji dəyişikliklərə səbəb olan faktor olmaqla,
heyvandarlıqda məhsuldarlığın və keyfiyyətin yüksəldilməsinə yönəlmiş təsərrüfat fəaliyyətidir.
Yem bazasının səmərəliliyi = Ümumi məhsulun dəyəri - balanslaşdırılmış yemləmə ilə əlaqəsi olmayan itkilərin dəyəri
İqtisadi səmərəlilik dedikdə istehsalın nəticəsinin (məhsul) istehsala çəkilmiş xərclərlə (maddi-texniki və s.) müqayisəsi başa düşülür. Səmərəlilik isə təsərrüfatın məhsul istehsalı və realizasiyasında resurs potensialından istifadə faizi əsasında əldə etdiyi ümumi gəlir və onun bir hissəsini təşkil edən xalis gəlirdir.
4.4.1 İqtisadi səmərəliliyə təsir edən amillər
Heyvandarlıq məhsulları istehsalı üzrə iqtisadi səmərəliliyin artırılması üçün:
► | İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması yeni nəsil texnika əsasında aşağıdakı məsələləri həll etməklə həyata keçirilməlidir: |
► | Ət və süd istehsalı üzrə mövcud ənənəvi texnologiyanı innovativ mexanikləşdirilmiş və avtomatlaşdırılmış, heyvanların fizioloji tələblərinə uyğunlaşdırılmış, iqtisadi cəhətdən səmərəli texnologiya ilə əvəz etməli; |
► | Əmək məhsuldarlığının artırılması, resurslardan (yem, enerji, iş vaxtı, bina və tikililər, maşın və avadanlıqlar, məhsul itkisinin aradan qaldırılması) rasional istifadə olunması hesabına məhsul istehsalını artırmaq; |
► | İstehsalın rentabelliliyini məhsulun maya dəyərinin aşağı salınması və keyfiyyətinin yaxşılaşdırılması hesabına artırmaq. |