Bu dənin rənginin saralması və dırnaqla basdıqda iz buraxılmasından ibarətdir. Dəni havada sərib qurutduqda o, cılızlaşır və büzüşür. Arpa dənini dırnaqla basdıqda o qırılır, dəndəki bərk qatı maddə xəmirə oxşayır, asan yumrulaşır və barmağa yapışmır. Bunları yoxlamaq üçün hər bir sünbüldən 2 ədəd dən götürülür. Bitkilər, adətən, mum dövründə saralır, bəzən qeyri-adi havalarda, yəni quru küləklər əsəndə bitki vaxtsız sarala bilər. Belə vəziyyətdə dən quruyan zaman büzüşür. Mum dövrü fazasının vaxtsız baş verməsi qeyd edilir.
Bu fazada dən bərkiməyə başlayır, dırnaqla basdıqda iz qalmır, bıçaqla kəsilmir, ancaq qırılır (Şəkil 5.2). Sünbülə əl vurduqda dən tökülür. Əgər mum yetişmə dövründən sonra sərin və yağışlı hava şəraiti davam edərsə, sahədə dən tam yetişməyə də bilər.
Buğda sahəsində bitkilərin yığım dövrünə gəldiyini göstərən başlıca əlamətlər bunlardır:Dənli bitkilərin becərilməsində ən vacib iş məhsulun yığılmasıdır. Bu işdə taxılçıların mühüm vəzifəsi məhsulu vaxtında, qısa müddətdə itkisiz və keyfiyyətli yığmaqdır. Payızlıq buğdanın məhsulu tam yetişmə fazasında yerə tökülmür və yığım gecikdikdə sahədə gövdə üzərində cücərmir. Ancaq yığımın gecikdirilməsi dən itkisi və dənin keyfiyyətinin azalmasına səbəb olur. Məhsul yığımının düzgün təşkili üçün ayrı-ayrı sahələrdə müşahidələr aparılır və ən tez yetişdirilmiş sahələrdə yığım birinci növbədə aparılır. Bu işdə fermerlərin ən mühüm vəzifəsi yetişdirilmiş məhsulu qısa müddətdə 8-10 günə itkisiz yığmaqdan ibarətdir.