|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 5
Sual 1. Kənd təsərrüfatı bitkilərinin toxumları səpiləndən sonra toxum ilk olaraq
............................. Düzgün cavabı nöqtələrin yerinə yazın:
A) Yarpaqlanır;
B) Cücərir;
C) Budaqlanır;
D) Gövdəsi böyüyür.
Sual 2. Dənli bitkilərin axırıncı inkişaf fazaları hansı sırada düzgün verilmişdir?
A) Dənin ilk cücərdildiyi fazalardır;
B) Kollanma fazasıdır;
C) Dənin yetişdirilməyə başladığı fazalardır;
D) Sünbülləmə fazasıdır.
Sual 3. Hansı sırada yazılan cümlə tam yetişkənlik fazasını göstərir?
A) Sünbüldəki dənələr sərt olmalı, dırnaqla basdıqda əzilməməli, quru olmalıdır;
B) Yarpaqlar göy rəngdə olmalı, dəni barmaqla sıxdıqda əzilməlidir;
C) Dən süd formasında olmalıdır, bitkinin boyu balacalaşmalıdır;
D) Sünbül qılçıqlı olmalıdır, dənin rəngi qırmızı və yumşaq olmamalıdır.
Sual 4. Fermerlər yetişdirdikləri məhsulu, ................................ gün müddətinə
itkisiz yığmalıdırlar. Düzgün cavabı nöqtələrin yerinə yazın.
A) 25-30 gün;
B) 35-40 gün;
C) 15-20 gün;
D) 8-10 gün.
Sual 5. Sahədə yanğına qarşı mübarizə tədbiri üçün taxıl əkinlərinin ətrafı
................................enində zolaq şəklində şumlanmalıdır. Düzgün cavabı nöqtələrin yerinə yazın:
A) 25-30 metr;
A) 50-60 metr;
B) 12-18 metr;
C) 3-3.5 metr;
D) 20-25 metr.