Tritikale makaronluq ata valideynlərindən gələn xüsusiyyətlərinə görə normal olmayan hava şəraiti, quraqlığa qarşı dözümlülüyü ilə digər bitkilərdən fərqlənir və ondan yüksək məhsul əldə etmək mümkün olur. Lakin ata valideyn olan çovdar bitkisindən keçən xüsusiyyətlərə görə
molibden, sink kimi mikro qida maddəsi az olan tarlalar, bəzi xəstəliklərin görüldüyü problemli əkinçilik sahələrində buğda və arpadan daha yaxşı nəticə verir. Bu kimi problemli sahələrdə buğda və arpa bitkilərinə nisbətən iki dəfədən artıq məhsul götürmək mümkündür.
Tritikale bitkisinin boyu yetişmə şərtlərinə bağlı olaraq 110-120 santimetr, rəngləri açıq-sarıdan qəhvə rənginə qədər dəyişir. Heyvan yemi olaraq yem istehsalında böyük potensiala malikdir. Otlaq məqsədi ilə tritikale əkilə bilir. Dəndə zülalın miqdarı 12-14 faiz, min dənin çəkisi 34-39 qram olur. Torpaq hazırlığı buğda bitkisində olduğu kimidir. Tritikale payızlıq taxıl bitkisi olduğundan 15 oktyabr və 15 noyabr tarixləri arasında əkilir. Hektara 150-200 kiloqram toxum səpilir, toxumun basdırılma dərinliyi 5-6 santimetr arasında dəyişir.
6.6.2. GübrələməTritikale əkinçiliyində ən doğru gübrələmə torpaq analizi nəticələrinə görə aparıla bilər. Ümumi olaraq Tritikale gübrələməsində dəmyə şəraitində az, suvarma şəraitində isə azotdan çox istifadə edilə bilər. Çünki suvarma şəraitində bir hektardan alınan məhsulun miqdarı dəmyə şəraitində alınan məhsulun miqdarından 50 faiz daha yüksək olur. Ümumi olaraq tritikale əkinçiliyində fosforlu gübrələrin oktyabrdan əvvəl torpağa verilməsindən bitkilər tərəfindən inkişaf dövrlərində yaxşı istifadə edilir. Azotlu gübrələr bitkinin inkişaf dövrlərində 3 dəfəyə bölünərək verilir. Birinci dəfə azotlu gübrənin bir hissəsi oktyabrdan əvvəl və ya əkinlə birlikdə, ikinci dəfə fevral ayının sonu, sonuncu hissə isə mart ayının sonu və ya aprel ayının başlanğıcında ammonium nitrat (azot gübrəsi) formasında olmaqla sahəyə verilməsi uyğundur.
Tritikale əkin sahələrində alaqlara və digər yabanı otlara qarşı mübarizə tədbiri eyni ilə buğda əkinçiliyində olduğu kimi mexaniki və kimyəvi üsullarla aparılır. Kimyəvi yol ilə sahədə olan xarici ot növünə görə herbisidlər seçilərək oktyabrın sonu və ya yazda otların 2-4 yarpaq olduğu dövrdə istifadə edilməlidir. Tritikale məhsulu da buğda məhsulu kimi saat 10-dan sonra biçilib yığılması məsləhət olunur. Çünki tezdən sünbüllərin nəmli olması biçinin aparılmasını çətinləşdirir.
Tritikalenin əkin sahələrindən yaxşı məhsul götürmək üçün torpaq əkin üçün yaxşı hazırlanmalı, gübrələmə və alaqlara qarşı mübarizə tədbirləri vaxtında aparılmalıdır.