|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 1
Sual 1. Buğdanın tərkibində olan vitaminlər hansı sırada verilmişdir?
A) D, E, K, C;
B) B1, B2, PP;
C) C1, B1, P, D;
D) K, E, A, B1.
Sual 2. Buğda unundan hazırlanan məhsulların sırasını seçin:
A) Çörək, makoron, vermişel, şirniyyat;
B) Kəpək, quş yemi, çovdar, yarma;
C) Arpa, makoron, əriştə, şirniyyat;
D) Təndir çörəyi, çovdar, milli xörəklər.
Sual 3. Dünyada buğdanın neçə növü var?
A) 19;
B) 42;
C) 28;
D) 22.
Sual 4. Azərbaycanda, əsasən, neçə növ buğda becərilir?
A) 8;
B) 2;
C) 6;
D) 4.
Sual 5. Taxıllar neçə illik bitkidir?
A) 2;
B) 4;
C) 1;
D) 3.
Sual 6. Nöqtələrin yerini tamamlayın. Yumşaq buğdanın yarpaqları ...................,
qılçıqları sünbüldən .................... olmur, sünbülü yumşaqdır, pulcuqları ..................... Düzgün
cavab hansı sırada verilib?
A) Tüksüzdür, uzun, gödəkdir;
B) Gödəkdir, tüklüdür, kiçikdir;
C) Tüklüdür, uzun, gödəkdir;
D) Tüksüzdür, kiçik, gödəkdir.