Ölkəmizdə sürətlə artan əhalinin taxıl məhsulları ilə təmin edilməsində buğda bitkisinin
istehsalını artırmaq böyük əhəmiyyət daşıyır. İnsanların qidalanmasında, əsasən, ön sırada gələn
tarla bitkilərindən biri buğdadır (Triticum Şəkil 2.1). Buğda unundan əldə edilən yarma,
makaron, nişasta insanların qidalanmasında, buğda bitkisinin yarpaq və gövdəsindən isə
kağız-karton sənayesi və heyvanların bəslənməsində istifadə edilir.
Payızlıq taxılların böyüyüb inkişaf etməsi və yaxşı məhsul verməsi üçün bitkilərin torpaq-iqlim şəraitinə tələbatı müxtəlif olur. Bunlardan bəziləri insanların köməyindən asılı olan amillərdir və bəziləri isə insanların köməyindən asılı olmayan amillərdir. Məsələn, bir il ərzində bölgəyə yağan yağıntıların miqdarı, il ərzində olan isti, yaxud soyuq temperaturun cəmi insanlardan asılı olmayan amillərdir, yəni azda ola bilər, çoxda ola bilər, ancaq suvarma, gübrələrin verilməsi, alaqlarla mübarizə, malanın çəkilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizənin aparılması insanlar tərəfindən həyata keçirilən amillərdir. Torpaq-iqlim şəraiti respublikamızda müxtəlif olduğu üçün payızlıq taxıllar qış dövründə havaların soyuq olmasının təsirindən bəzən inkişafdan qalır və bəzən də tamamilə məhv olur. Buna görə də bitkilərin (buğda, arpanın və s.) torpaq-iqlim şəraitinə olan tələbatı vaxtında və düzgün qiymətləndirilməlidir. Nəticədə qış fəslində məhv olan bitkilərin sayı azalır, bitki yaxşı inkişaf edir və məhsuldarlıq isə yüksək olur. Digər tələb olunan amillərlə yanaşı, növbəli əkinin tətbiq olunması daha çox vacibdir. Növbəli əkinlər elə düzgün tətbiq olunmalıdır ki, digər taxıl sahələrindən fərqli olaraq məhsuldarlıq yüksək olsun və torpağın münbitliyi artsın. |