Qidalanmaq üçün bitkilərin torpaqdan udduqları və mütləq lazım olan elementlərə əsasən azot,
fosfor, kalium, kalsium, maqnezium, kükürd və dəmir də daxildir. Bunlar hamısı bitkinin inkişaf
etməsində xüsusi rol oynayır, bərabər dərəcədə əhəmiyyətlidir və onlardan birinin çatışmaması
bitkilərin böyüməsi və inkişafına zərərli təsir göstərir. Bu elementlərlə bərabər torpaqdan
bitkilərin az miqdarda udduqları mikroelementlər - bor, manqan, mis və sair də böyük rol oynayır
2.2. Buğda növlərinin iqlimə olan tələbatı
Buğda çox fərqli iqlim şəraitində yetişə bilən bir bitkidir. İqlim şərtləri içərisində əsas yeri istilik tutur. Birinci olaraq temperatur buğdanın böyümə və inkişafına təsir edən əsas amildir. Buğda bitkisinin əkildiyi dövrdən
• Cücərmə (Şəkil 2.5),
dövrünə qədər bütün inkişaf proseslərinə lazım olan əsas amil istilikdir.
• Kollanma (Şəkil 2.6), • Boruya çıxma (Şəkil 2.7), • Sünbülləmə (Şəkil 2.8), • Çiçəkləmə (Şəkil 2.9), • Dəndolma (Şəkil 2.10) İkinci olaraq buğda toxumu əkildikdən sonra müxtəlif (yuxarıda qeyd olunan) inkişaf dövrlərini keçib böyüməsi üçün temperatur 10-25 dərəcə selsi arasında olmalıdır. Belə ki buğda bitkisi 1-2 dərəcə selsi temperaturda cücərə bilir. Lakin kütləvi halda cücərtilərin alınması üçün ən əlverişli temperatur 12-15 dərəcə selsi hesab olunur. Kollanma üçün isə havanın temperaturu 8-10 dərəcə selsi, boruya çıxma üçün isə 15-16 dərəcə selsi olmalıdır. Üçüncü olaraq buğda bitkisi inkişaf dövrlərində aşağı temperatura, xüsusilə, temperaturun kəskin dəyişilməsinə həssasdır. Torpaqda qar örtüyü olmadıqda mənfi 16 dərəcə selsidən mənfi 18 dərəcə selsiyə qədər məhv olur. Lakin bəzi elə buğda sortları olub ki, onlar mənfi 25 dərəcə selsidən mənfi 30 dərəcə selsiyə qədər şaxtaya dözüb. |