Müəyyən olunmuşdur ki, yonca əkilən sahədə isə yoncanın köklərində yaşayan bakteriyalar bir
hektar sahədə 300-600 kiloqrama qədər azot toplayır (Şəkil 2.13). Həmin toplanan azotun bir
hissəsi biçilən zaman otla sahədən aparılsa da, hər hektar torpaqda 100-200 kiloqrama qədər azot
qalır. Yoncadan sonra əkilən bitkilər yaxşı qidalanır və məhsul çox olur (Şəkil 2.14). Buna görə
də əkin dövriyyələrinə çoxillik paxlalı bitkilərin əkilməsi torpaqların yaxşılaşması və
məhsuldarlığın artmasına səbəb olur.
2.3.2. Növbəli əkin dövriyyəsinin işlənmə qaydası
Əkin dövriyyələri təsərrüfatların planlarına görə qurulur. Təsərrüfatda tətbiq olunacaq əkin dövriyyələrinin sayından asılı olaraq tarlaların quruluşu mümkün qədər üçbucaqlı və ya kvadrat şəklində olmalıdır. Təsərrüfatlarda çalışmaq lazımdır ki, mümkün qədər sayca aztarlalı əkin dövriyyələri tətbiq olunsun. Məsələn, əkilən Qarabağ buğda sortunun bu il əkildiyi yerin adı Çayqırağı adlanır, yaxşı olar ki, Qarabağ buğda sortu 5 ildən sonra yox, 3 ildən sonra bir daha Çayqırağı adlanan yerdə əkilsin. Çünki bu həm sadədir, həm də bitkilər əvvəlki yerlərinə daha tez qayıdır. Məsələn, Abşeron zonasının dəmyə şəraiti üçün 3 tarlalı əkin dövriyyəsində 1-ci il qara herik (Şəkil 2.15) olaraq qalır və 2-3-cü illərdə payızlıq taxıl səpilir. Qara herik o deməkdir ki, keçən il məhsul biçilib götürüləndən sonra sahə şumlanır və növbəti ilin əkininə qədər sahə boş qalır. Plan üzrə nəzərdə tutulmuş kənd təsərrüfatı bitkilərini yaxşı yerləşdirmək məqsədilə hər təsərrüfatda bir neçə əkin dövriyyəsi tətbiq etmək daha yaxşıdır. |