2.4. Torpağın becərilmə sistemi
Torpaq canlı varlıqdır. Hər bir canlı kimi torpağın da havaya, suya və istiliyə ehtiyacı var. Aqrotexniki qulluq göstərilməyən sahədən yalnız torpağın potensial imkanları daxilində (gücü çatan qədər) məhsul əldə etmək olar. Torpağın becərilməsində əsas məqsəd istilik, rütubət və havalanma rejimini təmin etmək, bitkinin kök sisteminin inkişafı üçün əlverişli mühit yaratmaqdır. Torpaq-iqlim şəraitinə uyğun tərtib olunmuş becərmə sistemi bitkilərin məhsuldarlığını artırmaq üçün ən mühüm vasitələrdən biridir. Torpağın becərilməsi ilə bir neçə məsələlər həll edilir. Onlardan ən mühümləri aşağıdakılardır: |
Torpağı yumşaltmağın müsbət əhəmiyyəti hamıya məlumdur.
Yumşaldılmamış torpağa toxum və gübrəni basdırmaq olmaz, hava və su ona pis keçir. Yumşaldılmamış torpaqda faydalı (xeyirli) mikroorqanizmlərin həyat fəaliyyəti zəifləyir və buna görə bitkilərin mənimsəyə bildiyi qida az miqdarda olur. Mikroorqanizmlər ölçüləri 0.1 millimetrdən az, gözlə görünməyəcək qədər kiçik olan canlı orqanizmlərin ümumi adıdır. Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriya, göbələk, mamır və sularda yaşayan kiçik canlılar daxildir. Torpaq lazım olan qədər yumşaldılanda və xırdalananda becərmə üçün daha yaxşı olur və bitki yaxşı inkişaf edir.
2.4.2. Torpağın üst qatının çevrilməsiBu iş torpağın becərilməsində ən çətin işdir. Çevirmək bitki qalıqları və gübrələri torpağa basdırmaq üçün, alaqlar, bitkilərin ziyanvericiləri və xəstəliklərini məhv etmək üçün, torpağı yaxşı qarışdırmaq və yumşaltmaq üçün, həmçinin, becərilməyən torpaqları, bu il əkilib növbəti ildə əkilməyərək dincə qoyulan torpaqlar və uzun illər ot bitən sahələri çevirmək üçün lazımdır. Torpağı çevirmədən becərdikdə verilən gübrələr ot qalıqlarının əsas hissəsi şum qatının yuxarı hissəsində basdırılır. Torpaq çevrilməklə şumlananda isə gübrələr və ot qalıqları torpağın aşağı hissəsi ilə qarışdırılır. Çimli-podzol (torpağın tipidir, məsələn, podzol torpaqlar daha çox Lənkəran zonasında yayılıb) torpaqlarda dənli taxıllardan sonra şum qatının çevrilməsi bitkilərin qidalanma şəraitini yaxşılaşdırır. Lakin hər il torpağın çevrilməsi məsləhət deyildir.