Torpağa üzvi gübrələr, əhəng və fosforit unu (fosfor gübrəsi) verəndə bu proses kotanlar, laydırlı və diskli üzləyicilər, kəsikli diskləri olan ağır malalar, frezlər (traktora qoşulan kənd təsərrüfatı texnikaları) və s. vasitəsi ilə həyata keçirilir.
Toxumları bərabər dərinliyə basdırmaq üçün, eləcə də torpaqdan rütubətin buxarlanmasını azaltmaq üçün torpağın səthinin (torpağın üst hissəsini) hamarlanması üçün lazımdır. Torpağın üst hissəsi hamar olmayanda toxumların bir hissəsi dərinə, bir hissəsi dayaza düşür. Buna görə cücərtilər eyni vaxtda çıxmır. Torpağın üst qatı hamar olmayanda torpağın münbitliyi (qidalılığı) müxtəlif olur. Torpaq hamar olmayanda suvarma suyu tarlada bitkilərə bərabər formada çatmır. Bəziləri çox, bəziləri isə az su içir.
Bu proses şum qatının yumşaldılması və çevrilməsi ilə bir vaxtda keçirilir. Lakin çox vaxt böyüməkdə olan alaqları və birinci növbədə onların cücərtilərini məhv etmək üçün kultivasiya adlanan xüsusi becərmə üsulu tətbiq etmək lazım gəlir (yəni torpaq 5 santimetr dərinliyində yumşaldılır). Bu zaman alaqlar tam kəsilir, lakin torpaq çevrilmir və zəif yumşaldılır. Çoxillik (uzun yaşayan) kökümsov gövdəli və kökdən pöhrə verən alaqlarla mübarizə aparmaq üçün bu alaqları xırda parçalara doğrayırlar, bu isə çox vaxt torpağı diskləməklə həyata keçirilir.
Becərmə sistemi müxtəlif əməliyyatlardan - üzləmə, şum, kultivasiya, malalama, vərdənələmə və s. ibarətdir. Torpağın becərilməsi bir qayda olaraq əsas və səpinqabağı becərmə sistemlərinə bölünür.
Torpağın becərilməsi bitkilər üçün ən böyük əhəmiyyətə malik olan işlərdən ibarətdir.
Torpağın becərilməsi dedikdə birinci növbədə torpağı yumşaltmaq, çevirmək üçün görülən şumlama, malalama, yumşaltma etmə və s. kimi bütün texniki işlər başa düşülür. Payızlıq dənli bitkilər üçün torpağın becərilməsi və səpinə hazırlanması yerli torpaq-iqlim şəraitindən asılı olaraq müxtəlif vaxtlarda və müxtəlif üsullarla aparılmalıdır.