2.5.3. Dondurma şumu
Bir qayda olaraq ancaq yazlıq bitkilər əkiləcək sahələrdə aparılır. Yazlıq bitkilər üçün dondurma şumu aparılmasının ən yaxşı vaxtı payız aylarıdır. Bu vaxtlarda aparılan şum payız, qış və yazda yağan qar, yağışı özünə tam hopdurur və səpinə qədər özündə rütubət (nəmlik) saxlayır. Həddindən artıq çox yağış yağan və rütubətli zonalarda payızda üzləmə, yazda isə şum aparma daha əlverişlidir. Üzləmə aparılmış torpaqlarda dondurma şumu alaq otları cücərdildikdən sonra aparılır. Lakin nəmlik olmadıqda və quru torpaqda alaqların cücərdilməsi gecikərsə, şumu gecikdirmək olmaz. Torpağın şumlanması hər bir bölgə üçün təyin edilmiş optimal (dəqiq) vaxtda yerinə yetirilməlidir. Dondurma şumu ancaq laydırlı və ön kotancıqlı kotanla aparılmalıdır (Şəkil 2.24, Şəkil 2.25).
2.6. Torpağın səpinqabağı becərilməsi
Səpinqabağı becərmə zamanı, əsasən, aşağıdakı məsələlər həll edilir:
Regionlar torpaq-iqlim şəraiti və sahələrin formalarına görə kəskin fərqlənir. Ona görə də dənli bitkilər bir-birindən kəskin fərqlənən iki şəraitdə suvarma və dəmyə torpaqlarda becərilir. |