Sizin ərazidə fəaliyyət göstərən fermer təsərrüfatlarında hansı növə aid olan buğda əkildiyini
öyrənin.
Əkilən sortların torpağa və iqlimə olan tələbatını öyrənin.
Getdiyiniz təsərrüfatda fermerlərin növbəli əkindən istifadə edib-etmədiyini öyrənin.
Fermerin neçə tarlalı növbəli əkindən istifadə etdiyini öyrənin.
Torpağı azotla zənginləşdirən hansı bitkinin əkildiyini öyrənin.
Fermerin növbəli əkindən sonra aldığı məhsulla, hər il eyni yerə əkdiyi taxılın məhsulunu öyrənin,
müqayisə edin.
Hansı texnikadan şumlama və digər əməliyyatların aparılmasında istifadə edilir? Onları qeyd edin.
Bölgə üçün şumlama əməliyyatından başqa, fermerin daha hansı əməliyyatların aparılmasını vacib
saydığını öyrənin.
Qrup yoldaşlarınız arasında topladığınız informasiyanı paylaşın və müqayisəli müzakirələr aparın.