|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 2
Sual 1. Bərk buğda hansı torpaqlarda daha yaxşı məhsul verir?
A) Orta qidalılıqda olan torpaqlarda;
B) Qida maddəsi kasıb olan torpaqlarda;
C) Qida maddələri ilə daha zəngin olan torpaqlarda;
D) Vitaminlə qismən zəngin olan torpaqlarda.
Sual 2. Buğda yetişdirilməsi nəzərdə tutulan torpaqda neçə faiz hava və neçə faiz su olması
daha uyğundur?
A) 25 faiz hava, 70 faiz su;
B) 40 faiz hava, 60 faiz su;
C) 60 faiz hava, 50 faiz su;
D) 50 faiz hava, 25 faiz su.
Sual 3. Buğda bitkisi neçə dərəcə temperaturda cücərdilə bilir?
A) 1-2 dərəcə selsi;
B) 12-15 dərəcə selsi;
C) 8-10 dərəcə selsi;
D) 15-16 dərəcə selsi.
Sual 4. Buğda bitkisinin boruya çıxarılması üçün əlverişli temperatur neçə dərəcə
olmalıdır?
A) 8-10 dərəcə selsi;
B) 12-15 dərəcə selsi;
C) 1-2 dərəcə selsi;
D) 15-16 dərəcə selsi.
Sual 5. Növbəli əkin deyəndə nəyi başa düşürsünüz?
A) Eyni tarlada bitkinin ardıcıl 3 il əkilməsi;
B) Eyni tarlada bitkinin ardıcıl 5 il əkilməsi;
C) Eyni tarlada bitkinin ardıcıl 6 il əkilməsi;
D) Tarlada bitkilərin illər üzrə bir-birini əvəz etməsi.