Vacib məsələlərdən biri də herbisidlərin hansı temperaturda çilənməsidir. Çiləmə sakit və aydın havada, temperatur 12 dərəcə selsidən yuxarı olduqda və sahələrdə şeh çəkildikdən sonra aparıldıqda yaxşı nəticə verir (Şəkil 3.19). Alaqları kimyəvi üsullarla məhv etməyin üstünlüklərini qeyd edərkən yadda saxlamaq lazımdır ki, bu üsul alaqlarla mübarizədə ümumi aqrotexniki üsullar sisteminin, yəni növbəli əkinlər, torpağın becərilməsi, bitkilərə qulluq edilməsi və s. aparılan tədbirlərin tərkib hissəsinin biridir. |
Sərbəst iş üçün tapşırıqlar
|