- Toxumların cücərdilmə qabiliyyətini qum, süzgəc kağızı və tənzif üzərində müəyyən
edilməsi
|
- Taxılın hər iki növünə aid olan toxumun orta nümunəsindən 100 dənə toxum seçməklə 4
nümunə götürün;
- İstifadə ediləcək qumu yuyun və ələyin, süzgəc kağızının təmiz olub-olmamasına diqqət
edin, tənzifi isə qaynadaraq təmizləyin;
- Toxumu cücərməyə qoyanda qum, süzgəc kağızı isladılmalıdır;
- Qumu qabın içərisinə töküb hamarlamaq lazımdır. Sonra toxumları səliqə ilə bir-birindən
0.5-1.5 santimetr aralı qoyub azca basdırmaq lazımdır;
- Hər qaba 100 toxum və nümunənin nömrəsi, toxumların cücərilməyə qoyulduğu tarix yazılan
etiket vurulmalıdır;
- Toxumların cücərdilməsi üzərində hər gün müşahidə aparılmalıdır;
- Tam cücərən toxumlar sayılmaqla toxumun cücərdilmə qabiliyyəti müəyən edilməlidir;
- 4 nümunənin hamısının cücərdilməsindən alınmış nəticələr bir-birindən çox fərqlənməsə,
analiz düzgün hesab olunur (bu, hər iki analizə aiddir);
- Toxumların cücərdilmə qabiliyyətinə görə toxumun hansı sinfə aid olduğunu müəyyən
edin.
|