|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 3
Sual 1. Toxumların səpin keyfiyyətlərindən tələb olunanlar hansı sırada düzgün verilib?
- Onlar təmizlənmiş, bərabərləşdirilmiş, tamçəkili, cücərmə qabiliyyəti və cücərmə enerjisi yaxşı,
ziyanvericilər və xəstəliklər yoluxmamış olmalıdır;
- Onlar təmizlənmiş, bərabərləşdirilmiş, xəstəliklərə yoluxmuş, cücərmə qabiliyyəti yaxşı, cücərmə
enerjisi aşağı və bir-birindən fərqlənən toxumlar olmalıdır;
- Onlar təmizlənməmiş, bərabərləşdirilməmiş, xəstəliklərə yoluxmuş, cücərmə qabiliyyəti və cücərmə
enerjisi aşağı, bir-birindən fərqlənməyən toxumlar olmalıdır;
- Onlar təmizlənmiş, bərabərləşdirilməmiş, xəstəliklərə yoluxmamış, cücərmə qabiliyyəti və cücərmə
enerjisi aşağı, bir-birindən fərqlənməyən toxumlar olmalıdır.
Sual 2. Toxumlar səpin keyfiyyətinə görə neçə sinfə bölünür?
A) 2;
B) 4;
C) 6;
D) 3.
Sual 3. İkinci sinfə aid olan hər kiloqram toxumda neçə alaq toxumunun olmasına yol
verilir?
A) 50;
B) 42;
C) 25;
D) 22.
Sual 4. Üçüncü sinif toxumların bir kiloqramında neçə alaq toxumunun olmasına yol verilir
və cücərmə qabiliyyəti azı neçə faiz olmalıdır?
A) 25 alaq toxumu və azı 92 faiz cücərmə qabiliyyəti olmalıdır;
B) 5 alaq toxumu və azı 95 faiz cücərmə qabiliyyəti olmalıdır;
C) 32 alaq toxumu və azı 85 faiz cücərmə qabiliyyəti olmalıdır;
D) 50 alaq toxumu və azı 90 faiz cücərmə qabiliyyəti olmalıdır.
Sual 5. Toxumun tərkibində nələrin miqdarı
.......................................................................................................,
toxum təmiz hesab olunur. Nöqtələrin yerinə yazın:
A) Suyun miqdarı çox olanda;
B) Tullantı və qarışıqların sayı az olanda;
C) Tullantı çox, gübrə az olanda;
D) Tullantı və qarışıqların sayı çox olanda.