Bu fazada sahəyə toxum maşın ilə səpilibsə, bitki cərgələri aydın görünməlidir. Müşahidə zamanı sahənin çox hissəsində cücərtilərin yuxarısında ilk yarpaqlar varsa, bu zaman cücərmə fazasının tarixi qeyd edilir (Şəkil 4.4.).
Əsas gövdənin aşağı yarpaqlarının qoltuğundan yan zoğların yarpaqlarının ucları görünür. Bu zaman torpaq altında kollanma buğumları əmələ gəlir. Bunlar kollanma fazasının əsas əlamətidir. Müşahidə zamanı əgər bitkilərin əksəriyyətində 50 faiz və bundan artıq kollanma faizi olubsa, o zaman müşahidə jurnalına kollanma fazası yazılır. Adətən, payızlıq taxıllarda kollanma fazası payızda gedir, qış - Şəki 4.5. Kollanma fazası qabağı isə hər bitkidə bir neçə yan zoğlar əmələ gəlir. Gecikmiş səpinlərdə kollanma ilk yazda olur (Şəkil 4.5). Temperatur və rütubətdən asılı olaraq bitkilərin yaxşı kollanması məhsuldarlığın yüksək olmasına təsir edir. Əgər bitki vaxtında əkilərsə, yaxşı kollanarsa, qışın şaxtasına dözümlülüyü artır və yaza salamat qalan bitkilərin sayı çox olur. Bu isə nəticədə məhsulun çox olmasına səbəb olur.
4.2.4. Payızlıq taxılların yazda oyanmasıBitkilərdə yuxarı yarpaqların yanından təzə yaşıl yarpaqların əmələ gəlməsi taxılın yaz oyanmasının əlamətidir. Bu əlamət payızlıq taxılların yazda oyanması tarixi kimi dəftərə qeyd edilir. Yazda əmələ gələn yaşıl yarpaqlar payızda əmələ gələn yarpaqlardan fərqlənir. Bəzi hallarda qış fəsli quru və hava şəraiti qeyri-adi keçdikdə payızlıq taxılların inkişafı sürətlə gedir (Şəkil 4.6). Yazda yeni kökcük, yarpaq və ya bunların hər ikisini əmələ gətirmiş bitkilər canlı hesab edilir. Yeni yarpaqcıq və kökcük verməmiş bitkilər tələf olmuş hesab olunur.
Tələf olmuş bitkilərin sayını tapmaq üçün aşağıdakı formada hesablamaq lazımdır. Məsələn, 1 kvadrat metr sahədə cücərmiş bitkilərin sayı 220 olub. Yazda bunlardan 185-i canlı, 35-i isə tələf olub. Onda bu bitkilərin tələf olma faizi belə olmuşdur: