4.5.2. Səpindən sonra suvarma
Digər üsullardan fərqli olaraq səpsuvar zolaq və ya şırım üsulu ilə aparılmalıdır. Səpindən sonra aparılan suvarmaya səpsuvar deyilir. Zolaqlarla suvarma üsulu (Şəkil 4.25) dənli bitkilərin arat səpini, digər darcərgəli bitkilər, otlar, eləcə də xırda toxumlu tərəvəz bitkilərinin (soğan, kök və s.) suvarılmasında və duzlu tоrpaqların yuyulmasında tətbiq olunur. Zоlaqlarla suvarma üsulu mailliyi 0.0005-0.02-ya qədər оlan sahələrə tətbiq оluna bilər. Zolaqlarla suvarma üsulunun müsbət cəhətləri:
Zolaqlarla suvarmanın mənfi cəhətləri: suvarma zamanı torpaqda hava və qida rejimi və torpağın strukturunun müəyyən dərəcədə pozulması. |
Zоlaqların eni və uzunu tоrpaqların susızdırma qabiliyyəti, yer səthinin mailliyi və suvarılan tarlanın nə dərəcədə hamarlanmasından asılıdır. Suvarma suyu zolaqlarla torpağın 3-4 santimetr dərinliyinə çökərək tədricən mailliklə torpağı nəmləndirir.
Şırım üsulu ilə suvarma geniş cərgəli bitkilər, bağlar, üzümlüklər, daha çox isə dənli bitkilər, digər darcərgəli bitkilərin suvarılmasında, həmçinin, torpağın rütubəttoplayıcı və səpindən əvvəl suvarılmasında geniş tətbiq olunur. Şırımlarla suvarmada tоrpağın strukturu yaxşı saxlanılır (Şəkil 4.26), çünki bu halda tоrpaq yaxşı suvarılır. Şırımlararası məsafə yüngül tərkibli torpaqlarda 50-60 santimetr, orta tərkibli torpaqlarda 60-80 santimetr, ağır tərkibli torpaqlarda isə 70-90 santimetr qəbul olunur.
Suvarma şırımlarının dərinliyi bütün hallarda 13-15 santimetr olmalıdır. Bu zaman zolağın eni 15-20 metr, uzunluğu 150-200 metr, bəzən isə 300-400 metr ola bilər. Səpsuvar üçün bölgələrdən asılı olaraq hektara 800-900 kub metr (şırım üsulunda) və 900-1100 kub metr (zolaq üsulunda) su sərfi yaxşı norma hesab olunur. Azərbaycan Respublikasının zonalarından asılı olaraq payızlıq dənli bitkilərin suvarılma müddətləri və normaları Cədvəl 4.1.-də verilmişdir.