Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Bitkinin inkişaf fazalarının müəyyənləşdirilməsi və dəqiq qeydiyyatının aparılması
- Cücərtilərin neçə günə alınmasının müəyyənləşdirilməsi
|
- Səpilmiş buğdanın və ya digər bitkilərin neçə günə cücərdildiyini müəyyənləşdirin.
- Cücərtilərin gec alınmasının səbəbini öyrənin:
- Toxumun keyfiyyətinə görə gec cücərib;
- Torpağın düzgün hazırlanmamasına görə gec cücərib;
- Torpağın qidalılığının zəif olmasına görə gec cücərib;
- Torpaqda nəmişliyin olmamasına görə gec cücərib.
- Əkilmiş toxumu torpaqdan çıxarıb yuxarıda verilmiş əlamətlərə uyğun olaraq təhlil
edin.
|
- Bitkilərin kollanması fazasının müəyyənləşdirilməsi
|
- Cücərti alındıqdan neçə gün sonra bitki kollanıb?
- 1 kvadrat metr sahədə təxminən əkilən 300 bitkinin neçəsi normal kollanıb?
- Kollanmanın zəif olmasına havanın temperaturunun təsirini müəyyənləşdirin.
|
- Boru atma (boruya çıxma) fazasının başlanğıcı və sonunun müəyyənləşdirilməsi
|
- Kollanma fazasından neçə gün sonra bitki boruya çıxma fazasına daxil olub? Sahədə dəqiq
qeydiyyat aparmaqla müəyyənləşdirin;
- Boruya çıxma fazası ayrı-ayrı bitkilərdə neçə gün davam edir. Hər bir bitkidə bu fazanın
ilk başlanğıc və sonunu qeyd etməklə müəyyənləşdirin;
- Havanın temperaturu və yağışın yağmasının bu fazanın inkişafına necə təsir etməsini
müəyyən edin.
|
- Sünbülləmə fazasının müəyyənləşdirilməsi
|
- Sahədə əkilən sortlardan ən tez sünbüllənən sortu müəyyənləşdirin;
- Sahədə ən gec sünbüllənən sortu müəyyənləşdirin;
- Hansı sortun daha tez və neçə günə bu fazanı başa çatdırdığını müəyyənləşdirmək və bu
sortun gələcəkdə əkin sahəsini artırmaq üçün plan və təklif hazırlayın.
|