Biçin bir çox kombayn modelləri ilə həyata keçirilə bilər (Şəkil 5.5). Lakin raps biçini üçün mütləq kombaynlara rapsbiçənlər quraşdırılmalıdır. Qurğu kombaynın şnek transportyoru qabağına qurulur. Bu rapsbiçənlər adi taxılbiçəndən önə doğru çıxıntısının, biçilən bitki masasının böyük olması ilə fərqlənir. Adi taxıl kombaynının taxılbiçənində biçilən bitki masası qısadır. Buna görə də raps biçini zamanı bitkilər şnekin qarşısında böyük kütlə əmələ gətirir. Bu da bitkilərin transportyor vərdənəyə keçməsini məhdudlaşdırır. Bunun nəticəsində toxum platforma boyunca tökülərək itirilir. Bu cür taxılbiçənlərdə biçin zamanı ümumi toxum məhsulunun 30 faizi itirilir, bu da təsərrüfat üçün böyük itki hesab edilir. Məhsul yığımında istifadə olunan kombaynın sxematik quruluşu Sxem 5.1.-də verilmişdir. Sxem 5.1.-ə əsasən o, aşağıdakı hissələrdən ibarətdir: