6.2.3. Sosial effektivlik meyarı
Günəbaxan, rapsın yetişdirilməsində olduğu kimi təsərrüfatçının təsərrüfat işçilərinin müəyyən bilik və
bacarıq səviyyəsi yaşayış tərzi normativləri ilə qiymətləndirilir. Bu normativlər aşağıdakılardır:
• Təsərrüfatda çalışan işçilərin müvafiq gəlirləri və yaşayış minimumu;
• Təsərrüfata çəkilən xərclərdən qazanılan xüsusi gəlir;
• Xalq təsərrüfatında sənayenin orta göstəricilərinə görə uyğun əməyin ödənilməsi;
• İş yerlərinin çoxaldılması;
• Təhlükəsizlik normalarına riayət edilməsi və təsərrüfatın iş yerlərində iş şəraitinin
yaxşılaşdırılması;
• Müəssisənin vəsaitlərinə uyğun olaraq işçilərin ixtisas artırmaları və əməyin mühafizəsi və
həmin xərclərin müəssisənin ümumi xərclərinə daxil edilməsi;
• Qazancın böyük bir hissəsinin kənd ərazilərinin inkişafına yönəldilməsi.
Şəkil 6.10. Pestisid
6.2.4. Ekoloji meyar
Ekoloji istehsalatın effektivliyi ətraf mühitin çirklənməsinin qarşısını almaq və ekoloji istehsal
üsullarından istifadə etməkdir. Ekoloji göstəricilərin effektivliyi raps bitkisində olduğu kimi
günəbaxan üçün də aşağıdakı qaydada tətbiq edilir:
- 1 hektar günəbaxan sahəsindən alınan oksigenin həcmi;
- 1 hektar günəbaxanın (yağlı bitkilərin) becərilməsindən torpaqda qalan pestisidlərin həcmi (Şəkil
6.10);
- 1 ton günəbaxan yağı istehsalı üçün sərf olunan su;
- Günəbaxan yağı istehsalı zamanı atmosfer, torpaq, su mühitinə atılan tullantıların həcmi və s..
6.3. Günəbaxanın istehsal səmərəliliyinin artırılmasının əsas istiqamətləri
Aşağıdakı istiqamətlərin müəyyənləşdirilməsi ilə günəbaxan istehsal edən istehsalçı öz məhsulunu iqtisadi
cəhətdən dəyərləndirərək bazara çıxarıb gəlir əldə edə biləcək. Bu istiqamətlərə görə:
- İntensiv texnologiyalardan istifadə edilərək aparılan əməliyyatlara (aqrotexniki, melorativ və s.)
ciddi riayət edilməklə;
- Hər bir günəbaxan sahəsinin məhsuldarlığının artırılması üçün tələb olunan bütün əkin və qulluq
işlərinin qaydasında edilməsi ilə;
- Yeni sortların seçilməsi, seleksiyası, toxumçuluq sisteminin mükəmməlləşdirilməsi ilə;