Günəbaxan toxumları torpağın rütubətli qatına 3-4 santimetr dərinlikdə səpilərsə, bərabər tarla çıxışı alınmasına nail olmaq olar. Ümumilikdə, günəbaxan toxumları torpaq mühitindən və toxum kateqoriyasından asılı olaraq torpaq dərinliyinə səpilir. Torpağın tərkibinə əsasən 6-10 santimetr torpaq dərinliyinə qədər günəbaxan toxumları səpini aparmaq mümkündür. Daha quraq bölgələrdə günəbaxan toxumlarının 6-10 santimetr dərinlikdə səpini daha məqsədəuyğundur. Ağır rütubətli gilli torpaqlarda günəbaxan toxumları 3-4 santimetr torpaq dərinliyinə səpilməlidir. 10 santimetrdən çox torpaq dərinliyinə günəbaxan toxumlarının səpini toxumların tarla çıxışının normal qaydada alınmamasına səbəb olacaqdır. Toxum kateqoriyasına görə isə qənnadı məqsədlər üçün becəriləcək günəbaxan məhsulu toxumları 6-8 santimetr torpaq dərinliyinə əkilir. Bu kateqoriyadan olan toxumlar yağlıq məqsədlər üçün becərilən toxumlardan iri olduqları üçün onlar bu torpaq qatında daha yaxşı inkişaf edir.
Sərbəst iş üçün tapşırıqlar
|