Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
1. Günəbaxan əkinində məhsuldarlıq göstəricilərinə təsir edən amilləri müəyyənləşdirin. |
- İş paltarını geyinin;
- Bel, metr, qələm, dəftər götürün;
- Tarlaya çıxdığınız günün tarixini və saatını dəftərinizə qeyd edib cari günün qeydlərini
həmin günə yazın;
- Sahəni vizual müşahidə edin;
- Tarlada qabaq bitkilərin altından torpaq nümunələri götürün. Unutmayın ki, götürülmüş
nümunələr sayəsində siz torpaqda hansı aqrotexniki tədbirlərlə iş aparacağınızı
müəyyənləşdirəcəksiniz. Ona görə də nümunə sayını çalışın, çox götürəsiniz;
- Götürülmüş nümunələri hamar səth üzərində adi kağız vərəqlər üzərinə tökün;
- Diqqətlə hər biriniz götürülən nümunələri tədqiq edib torpağın tərkibini ilkin
qiymətləndirin.
|
2. Torpaqda günəbaxan əkini üçün hansı aqrotexniki tədbirlərlə əkin aparılacağını
müəyyənləşdirin.
|
- İş paltarını geyinin;
- Bel, metr, qələm, dəftər götürün;
- Tarlaya çıxdığınız günün tarixini və saatını dəftərinizə qeyd edib cari günün qeydlərini
həmin günə yazın;
- Sahəni vizual müşahidə edin;
- Tarlada qabaq bitkilərin altından götürülmüş torpaq nümunələri barədə öz fikirlərinizi
dəftərinizə qeyd edin;
- Həmin qeydlər əsasında günəbaxan əkininə lazım olan texniki vasitələr barədə araşdırma
aparın.
|
3. Günəbaxan əkini üçün istifadə olunacaq şumlama alət və texnikasını tədqiq edin. |
- İş paltarını geyinin;
- Bel, metr, qələm, dəftər götürün;
- Tarlaya çıxdığınız günün tarixini və saatını dəftərinizə qeyd edib cari günün qeydlərini
həmin günə yazın;
- Sahəni vizual müşahidə edin;
- Tarlada işləyəcək traktor və onun qoşqularını yaxından müşahidə edin;
|