|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 3
Sual 1. Nə üçün respublikamızın bir çox bölgəsində raps becərilməsi vacibdir?
A) Əkindən sonra torpaqda kök və kövşən qalığı ilə daxil olan qida maddələrinə görə;
B) Əkindən sonra torpaqda çoxillik alaq bitkilərinin artırılmasına görə;
C) Əkindən sonra xəstəliklərin və zərərvericilərin artırılmasına görə;
D) Əkindən sonra torpaqda rütubətin azalmasına görə.
Sual 2. Səpin keyfiyyətindən asılı olaraq toxumlar I, II və III sinfə bölünür. Bu siniflərə
əsasən raps toxumlarının cücərmə faizinin göstəriciləri aşağıda göstərilən variantlardan hansında düz qeyd
edilmişdir?
A) I - 120, II - 80, III - 60;
B) I - 96, II - 92, III - 90;
C) I - 100, II - 90, III - 50;
D) I - 90, II - 85, III - 70.
Sual 3. Səpin keyfiyyətindən asılı olaraq toxumlar I, II və III sinfə bölünür. Bu siniflərə
əsasən raps toxumlarının nəmlik faizinin göstəriciləri aşağıda göstərilən variantlardan hansında düz qeyd
edilmişdir?
A) I - 10, II - 9, III - 8;
B) I - 40, II - 30, III - 20;
C) I - 12, II - 12, III - 12;
D) I - 10, II - 10, III - 10.
Sual 4. Orta nümunə almaq üçün götürülmüş toxum nümunələrini hamar səth-stol və ya faner
üzərinə töküb diaqonal xətt üzrə neçə hissəyə bölmək lazımdır?
A) Diaqonal xətt üzrə 2 hissəyə;
B) Diaqonal xətt üzrə 6 hissəyə;
C) Diaqonal xətt üzrə 3 hissəyə;
D) Diaqonal xətt üzrə 4 hissəyə.
Sual 5. Toxumun cücərmə faizini təyin etmək üçün götürülmüş toxum nümunələrindən neçəsi
petri fincanlarına səpilən nəm otun üzərinə düzülməlidir?
A) 5 ədəd sayıb götürülərək düzülməlidir;
B) 10 ədəd sayıb götürülərək düzülməlidir;
C) 50 ədəd sayıb götürülərək düzülməlidir;
D) 100 ədəd sayıb götürülərək düzülməlidir.