Qarğıdalı yağı təbabətdə ödqovan dərman kimi, habelə qanda xolesterinin miqdarını aşağı saldığı üçün ateroskleroz xəstəliyinin profilaktika və müalicəsində, çörək-bulka sənayesində, salat, mayonez və marqarin hazırlanmasında işlədilir. Qarğıdalı unu ilə buğda unu qatqısından çörək və qənnadı məmulatları istehsalında da uğurla istifadə edilir (Şəkil 1.18). Dənindən bir neçə növ yarma, pivə, spirt, sintetik kauçuk, şirə, nişasta və s. alınır. Qarğıdalının gövdəsi kağız və selluloza istehsalında geniş istifadə olunur. Qarğıdalı sütülünün özəyi linoleum, yapışqan, plastmas, potaş istehsalında istifadə edilir.
Qarğıdalı, o cümlədən, torpağı alaq bitkilərindən təmizləmək üçün də ideal sələf bitkisidir. Onun güclü kök sisteminə malik olması əkin sahəsində başqa alaq otlarının çıxışının qarşısını alır.
Sərbəst iş üçün tapşırıqlar