2.4. Növbəli əkinə olan tələbat
Növbəli əkin dedikdə torpağın münbitliyini artırmaqla bitkilərin xəstəlik və zərərvericilərə, alaqlara qarşı mübarizə aparma əsasında bütün əkin sahələrindən yüksək və keyfiyyətli məhsul götürmək üçün bitkilərin sahə və vaxt üzrə növbə ilə əkilməsi, bununla əlaqədar görülən tədbirlər sistemi başa düşülür.
Əkinçiliyin əsas qanunlarından biri odur ki, yüksək məhsuldarlıq əldə etmək üçün bitkiləri növbəli əkmək lazımdır. Çünki fərqli bitkilər torpaqda fərqli qida elementlərindən istifadə edir və hər bitkinin özünə məxsus xəstəlik və ziyanvericiləri var. Eyni bitki uzun illər eyni sahədə əkiləndə artıq torpaq zəifləyir və məhsuldarlıq kəskin aşağı düşür.
Növbəli əkinin əsas məqsədləri bunlardır:
Qarğıdalı növbəli əkində adətən payızlıq bitkilərdən (buğda, arpa və s.) sonra əkilir. Qarğıdalı üçün ən yaxşı sələf bitkiləri isə paxlalılar (noxud, lobya, soya və s.), kartof, kökümeyvəlilər və tərəvəz bitkiləri sayılır.
Qarğıdalının özü də, əsasən, silos üçün əkilən bir çox bitkilər üçün gözəl sələf bitkisidir (Şəkil 2.8). Qarğıdalıdan sonra torpaqda onun güclü kök sistemi qalır və o, torpaqla yaxşı qatıldıqda münbitlik yaradır. Həmçinin, əgər əkin zamanı alaqlarla düzgün mübarizə aparılıbsa, sahələr qarğıdalıdan sonra alaq bitkilərindən təmizlənmiş olurlar.