Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
1. Əkin sahənizi təhlil etmək. Torpağı əkin üçün hazırlayın.
|
-
Sahəyə çıxın.
- Torpağa baxış keçirin.
- Sələf bitkini müəyyən edin.
- Metodikaya uyğun olaraq torpaqda keçirilməsi vacib olan aqrotexniki tədbirləri (şum və malalanma) təyin və tətbiq edin.
|
-
Yaşadığınız ərazidəki əkin istiqamətini nəzərə alaraq növbəli əkin sxemini hazırlayın və onu əsaslandırın.
|
-
Sahənizdə əkiləcək taxılları, tərəvəzləri və paxlalıları müəyyən edin.
- Növbəti üç il üçün növbəli əkin sxemini tərtib edin.
|
3. Tarlada əkiləcək dənlik, toxumluq və silosluq qarğıdalı üçün sahələri bölün. |
- Dərslikdəki sahələrin bölgüsü haqda məlumatları oxuyun.
- Qanunauyğunluqla sahələri bölün, sahələrdəki ara məsafəyə fikir verin.
- İplə böldüyünüz sahələri işarələyin.
|
4. Növbəli əkin üçün planlaşdırdığınız sahələri hərəsi 3 m2 olmaqla əkinə hazırlayın. |
- Növbəli əkin sxemi ilə sahəyə çıxın.
- Sxemə uyğun olaraq kvadratları hazırlayın, bellə şumlayın, dırmıqla malalayın.
|