Yetişmə qrupu | FAO (Food and Agriculture Organization) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı | Vegetasiya dövrü Çıxış tam yetişmə (gün) |
Tezyetişən | 100-200 | 90-100 |
Orta tezyetişən | 201-300 | 100-115 |
Orta yetişkən | 301-400 | 115-120 |
Orta gecyetişən | 401-500 | 120-130 |
Gecyetişən | 501-600 | 130-140 |
Cədvəl 3.1. Qarğıdalının yetişmə qrupları
3.3. Cücərmə sınaqları
Cücərmə sınaqları dedikdə analizlər üçün götürülmüş toxum nümünələrinin cücərti verənlərinin miqdarının faizlə ifadəsi nəzərdə tutulur.
Toxumun cücərmə sınaqları maksimal şəraitdə yerinə yetirilir. Cücərmə sınaqları ilə bərabər cücərmə enerjisi öyrənilir. Toxumların cücərmə sınağı və cücərmə enerjisinin öyrənilməsi toxumun səpinə yararlılığını və əkin sıxlığının əsas göstəriciləridir. Yaxşı cücərən toxumlar gələcəkdə düzgün aqrotexniki tədbirlər tətbiq edildikdə yüksək məhsuldarlığın təminatıdır. Əgər toxumların cücərmə faizi aşağıdırsa, bu toxumların səpininə icazə vermək olmaz. Bu toxumlardan qida və ya texniki məqsədlər ücün istifadə etmək olar (Cədvəl 3.2).
Qarğıdalı bitkisi | ||
1 | Cücərmə üçün lazım olan temperatur (t) | 20-30 |
2 | Cücərməyə lazım olan gün sayı | 7 |
3 | Cücərmə enerjisinin analizi üçün lazımi gün | 4 |
4 | Toxumun cücərmə qabiliyyətini saxlaması (il) | -3 |
Cədvəl 3.2 Qarğıdalının cücərmə sınaqları üçün lazımi göstəricilər
3.3.1. Cücərmə sınaqlarına hazırlıq
Cücərmə sınaqları səpin prosesindən də bir neçə həftə qabaq keçirilməlidir.
Laboratoriya şəraitində bu göstəricilər toxumların pasportunda göstərilir.
Tarla şəraitində-bu sınaqlar bilavasitə sahədə cücərmiş bitki sayına görə hesablanır və demək olar ki, həmişə laboratoriya-sınaq göstəricilərindən aşağı faizdə olur. Standarta görə birinci sort toxumlar üçün cücərmə faizi 95 faizdən aşağı olmamalıdır.
3.3.2. Cücərmə mərhələləri (Şəkil 3.11)
Cücərmə mərhələsini ardıcıllığına görə üç əsas mərhələyə bölmək olar:
1-ci mərhələ - toxumların şişməsi, bu zaman toxumlar suyu udur;
2-ci mərhələ - suyun təsiri ilə zülal fermentlərinin biokimyəvi proseslərinin başlanması və cücərmənin başlanması;
3-cü mərhələ - rüşeymin inkişafı (Şəkil 3.12).