3.6. Səpin
Qarğıdalı isti sevən bitkidir. Özünün boy və inkişafı üçün o, bütün vegetasiya dövrü müddətində başqa dənli bitkilərə nisbətən daha çox istilik tələb edir. Qarğıdalının toxumları 8-10 dərəcədə cücərməyə başlayır, ancaq bu şəraitdə cücərmə prosesi çox ləng gedir. Buna görə səpini torpağın 10 santimetr dərinliyində 10-12 dərəcə temperatur olduqda aparmaq lazımdır.
3.6.1. Səpin müddəti və sxemləri
Kütləvi əkin Azərbaycanın Aran rayonlarında aprel ayının birinci və ikinci ongünlüyündə, dağətəyi rayonlarında isə aprelin sonunda və may ayının əvvəlində aparılması lazımdır. Bitkinin çıxışı və inkişafı üçün ən qənaətbəxş şərtlər çiçəkləmənin Qazax bölgəsində iyulun əvvəlində (23 dərəcə), Gəncə, Xaçmaz və Zaqatala rayonlarında iyulun əvvəli və ortasına düşməsi (23.9 - 25.5 dərəcə), tam yetişmənin isə avqust-sentyabr aylarında başa çatdığında sayılır. Səpin müddətləri rayonun iqlim şəraitinə görə müəyyən edilməlidir.
Səpini mümkün qədər 5-7 iş günündə qurtarmaq lazımdır. Bu işi gecikdirmək olmaz. Qarğıdalının gec səpin çıxışları erkən əkinlərdən daha tez əmələ gəlir, ancaq bu vegetasiya dövrünü qısaldır və məhsuldarlığı aşağı salır.
Toxum ağır və suvarılan torpaqlarda 5-6 santimetr, orta torpaqlarda 7-8, yüngül torpaqlarda isə 8-12 santimetr dərinliyində basdırılmalıdır.
Səpin laboratoriya göstəricilərinə görə hesablanmış toxum sıxlığı tətbiq edilərək aparılır.
3.6.2. Əkin sxemləri
Köhnə qaydaya görə Azərbaycanda qarğıdalı əkinləri 70x70, 60x60 sxemləri ilə əkilirdi. Lakin müasir əkin sxemləri dənlik qarğıdalı üçün 20x70, 30x70, silos üçün isə 14x70, 18x70 sxemi istifadə olunur. (20,30, 14 və 18 bitki, 70 cərgə arası məsafənin göstəriciləridir). Bitki arasının sıxlaşmasının bir çox xeyirləri var:
Ancaq bu üsulun mümkün mənfi tərəflərini də nəzərə almaq lazımdır: