3.6.3. Səpin üsulları
Respublikamızda qarğıdalı toxumu kvadrat yuva üsulu ilə səpilir. Səpin bu üsülla aparıldıqda bitkilər işıqda və torpaqda olan qida maddələrindən səmərəli istifadə edir, normal boy atır və yüksək məhsul verir.
Səpin 3 üsulla aparılır:
➣ Adi cərgə üsulu;
➣ Kvadrat yuva üsulu;
➣ Əl ilə səpin üsulu.
Adi cərgə üsulu - artıq çox az istifadə edilir. Bu adətən, kiçik şəxsi təsərrüfatlarda aparılan bir yöntəmdir.
Kvadrat yuva üsulu - ilə hibrid qarğıdalı səpini sahələri maşınlarla iki istiqamətdə becərməyə imkan verir.
Maşınla səpin aparmaq mümkün olmadıqda əllə əkin aparılır. Kvadrat yuva üsulu ilə əkilmiş sahələrdə bitkilərə qulluq etmək üçün adi cərgəli əkin üsuluna nisbətən ikiqat az əmək sərf edilir. Qarğıdalı səpən maşınlar istifadə olunmazdan qabaq torpaq köhnə qalıq və zibillərdən təmizlənməlidir. Səpin norması düzgün tənzimlənməlidir ki, hər yuvaya 3-5 ədəd dən düşsün. Qarğıdalı toxumunu kvadrat-yuva üsulu ilə səpmək üçün xüsusi maşınlardan istifadə edilir Şəkil 3.22).
Əl üsulu ilə əkin - qarğıdalının kvadrat-yuva üsulu ilə əkilməsində və əkinin təmirində əl ilə işlədilən maşınlardan istifadə edilir və yaxud işçilər tərəfindən əl ilə əkin aparılır (Şəkil 3.23).
Əl pnevmatik maşınları ilə əkin (Şəkil 3.24) - qarğıdalı əkilməzdən qabaq tarla uzununa və eninə istiqamətdə markerlə nişanlanır. Markerin izləri, müəyyən edilmiş cərgə aralarının en ölçüsü nəzərə alınaraq çəkilir. Marker izlərinin (şırımların) aydın görünməsi üçün tarlanın səthi qabaqcadan hamarlanmalı və sonra vərdənə ilə sıxlaşdırılmalıdır.