4.1.4. Dib doldurma
Qarğıdalı bitkisində dib doldurmanı dəstək köklərin torpaqla təmas yaratması üçün aparılır. Bu tədbirin aparılması mütləqdir. Dəstək kökləri (Şəkil 4.4) bitkinin torpaqdan fosfor və digər qida maddələrini alması və onun yatmağa qarşı dayanıqlılığını təmin etmək üçün önəmli rol oynayır. Dib doldurma bitkinin hündürlüyü 40-50 santimetr olduğu zaman (bitkinin 8-10 yarpaq fazasında) və ikinci azot gübrəsinin verilməsi ilə bərabər tətbiq olunur (Şəkil 4.5). Dib doldurma əllə (kətmən vasitəsi ilə) və ya maşınlarla həyata keçirilir.
4.2. Gübrələmə
Qarğıdalı əkinləri aparılacaq sahələrdən ilkin olaraq torpaq analizləri aparılmalıdır və torpaqdakı qida maddələrinin tərkibi öyrənilməlidir Daha sonra tələbata görə torpağa gübrələr verilməlidir.
4.2.1. Qida maddələrinə tələbat
Ümumən qarğıdalı bitkisinin hər 100 kiloqram dən əmələ gətirməsi üçün təqribən 2.5 kiloqram azot, 1 kiloqram fosfor, və 1.5 kiloqram kalium gübrəsinə ehtiyacı var. Qarğıdalı əkilən bölgələrimizdə peyinin mineral gübrələrlə bərabər verilməsi gözəl nəticə verir.
Qara torpaqlarda 67 min qarğıdalı əkilmiş sahəyə şumdan qabaq 1 hektar (ha) sahəyə 12-15 ton, zəif torpaqlarda isə 20-30 ton çürümüş peyin verilir. Cürümüş peyin torpağın su tutumu və havalanma potensialını artırır, qaysaq təbəqənin əmələ gəlməsinin qarşısını alır və bitki çıxışında seyrəkliyə mane olur.
Tək mineral gübrələr verilən zaman 1 hektar üçün norma aşağıdakı cədvəldə göstərildiyi kimi olmalıdır.
1. Rüşeym (toxum) kökləri;
2. Koleoptil kökləri;
3. Köməkçi köklər;
4. Dəstək kökləri (N.N. Kuleşova görə).
Torpaq növü |
Azot gübrəsi sentner/hek tara |
Superfosfat sentner/hek tara |
Qara torpaqlar |
2 - 3 | 0.7 - 2 |
Şabalıdı torpaqlar |
2 - 2.5 | 2 |
Suvarılan torpaqlar |
1.5 - 2 | 3 - 5 |
Cədvəl 4. 1. Bir hektar sahə üçün mineral gübrələrin norma göstəriciləri