4.2.3.2. Fosforlu gübrələr
Qarğıdalı əkinlərində adətən ikiqat superfosfat gübrəsi istifadə olunur. Əgər əkin qabağı edilən torpaq analizi nəticəsində fosforlu gübrələrə ehtiyac yaranarsa, gübrə normasının hamısı əkin qabağı torpağa verilib qarışdırılmalıdır. Təsiredici maddə hesabı ilə hektara 7-8 kiloqram fosforlu gübrənin verilməsinin məhsuldarlığa yaxşı təsir etdiyi məlumdur (Şəkil 4.11).
4.2.3.3. Kalium gübrələri
Kalium gübrəsi kimi, qarğıdalı əkinlərində adətən kalium sulfat istifadə olunur. Bu gübrə əkin qabağı və ya əkinlə bərabər torpağa verilir (Şəkil 4.12).
4.2.3.4. Kompleks gübrələr
Tərkibində bir neçə mineral gübrə olan gübrələrə deyilir. Bu gübrələrdə azot (N), fosfor (P), kalium (P) gübrələri olur. Torpağın ehtiyacına görə qarğıdalı əkinləri altına kompost gübrələr də verilə bilər. Əgər torpağın fosfora ehtiyacı varsa 20:20:0 (N20P20K0) və ya 18:46:0 kompleks gübrəsi əkin qabağı və ya əkinlə 1 hektara 30-35 kiloqram hesabı ilə istifadə olunur.
4.2.3.5. Mikroelementlər
Yuxarıda göstərilən mineral gübrələrdən əlavə qarğıdalı bitkisinin inkişafında maqnium, kalsium, kükürd, dəmir, bor, molibden, mis, manqan, sink, yod, natrium, kremniy xlor və ammonium vacib rol oynayır. Bu elementlərin çatışmazlığını peyinlə (Şəkil 4.13) və ya mikroelementlərlə zəngin olan kompleks gübrələrlə aradan qaldırmaq olar.