4.3. Bitki mühafizəsi tədbirləri (BM)
4.3.1. Alaq otları ilə mübarizə tədbirləri
Qarğıdalı sahələrində aqrotexniki tədbirlərin düzgün və öz vaxtında aparılması yüksək məhsulun yaranmasına zəmin yaradır.
“Qarğıdalı bitkisi alaq otlarından və torpağın sıxlığından çox əziyyət çəkir, ona görə də qarğıdalı əkinləri yumşaq və alaqlardan təmiz olmalıdır. Belə olduqda həm torpaqda nəmlik ehtiyatı saxlanılır, həm də kök sistemi və bütövlükdə bitkinin inkişafı üçün optimal şərait yaranır
Tədqiqatlar göstərir ki, alaqlarla mübarizə tədbirləri düzgün aparıldıqda qarğıdalının məhsuldarlığı 20-30 faizədək arta bilər.
Alaqlarla mübarizə qarğıdalının yetişmə dövriyəsinin ilk ayında əhəmiyyətlidir. Alaq otları daha tez inkişaf etdiyi üçün qida maddələrinə ortaq olurlar və qarğıdalı bitkisinin inkişafını zəiflədirlər (Şəkil 4.14).
Qarğıdalı sahələrində adətən rast gəlinən alaqlar bunlardır: yabanı darı, pərpətöyün, yabanı xardal, sarı sarmaşıq, kalış, unluca, paxlalılar fəsiləsindən olan alaq otları (Şəkil 4.15, Şəkil 4.16, Şəkil 4.17, Şəkil 4.18).
Qarğıdalı sahəsində alaq otları ilə mübarizə mədəni tədbirlər, mexaniki üsullar və kimyəvi vasitələrlə aparılır.
Mədəni tədbirlər: