4.3.3. Mexaniki və kimyəvi bitki mühafizə tədbirləri
Bitkinin mexaniki və kimyəvi mübarizə tədbirlərinin düzgün aparılması üçün xəstəlik və ziyanverici dəqiq təsbit edilməlidir. Bəzən torpaqlarda pH dərəcəsi, torpağın strukturu, gübrə çatışmazlığı və ya çoxluğu, genetik göstəricilər, iqlim şərtlərindən əmələ gələn problemlər xəstəlik və zərərvericilərin inkişafına yol açır. Mübarizəni başlamadan əvvəl yoluxma təhlükəsinin faizini, yoluxma səbəbi diqqətlə incələnməlidir. Zərərin neçə faiz olmasını bilmək də vacib şərtdir. Sadalanan şərtlər təsbit edildikdən sonra qarğıdalının xəstəlik və ziyanvericiləri ilə mubarizə mexaniki və kimyəvi üsullarla aparıla bilər.
Mexaniki mübarizə tədbirləri:
Bütün yuxarıda sadalanan tədbirlər metodikalara uyğun olaraq həyata keçirilməlidir.
Kimyəvi mübarizə - insektisid (həşəratlara qarşı), funqisid (xəstəliklərə qarşı) və herbisidlərdən (alaq otlarına qarşı,) istifadə edilərək aparılır.
4.3.4. Kimyəvi vasitələrin seçilməsi və tətbiq edilmə zamanı
Qarğıdalı sahələrinin ziyanvericiləri və xəstəlikləri təsbit edildikdən sonra dövlət reyestrinə düşmüş dərmanlardan istifadə etmək olar. Qarğıdalı əkinlərində alaqlara qarşı davamlı mübarizə tədbirlərinin aparılması üçün torpaq herbisidlərindən alsaqlif 360 - ədəd dən hektara 3 - 5 litr zərəvericilərə qarşı Karate, Arrivo, Cipermetrin və B-58 preparatlarından işçi məhlul hazırlanaraq tətbiq olunması vacibdir. Funqisidlərdən karbendazim, penkonazol və benomil tərkibli dərmanlardan dərman təlimatlarına uyğun olaraq məhlul hazırlayıb istifadə etmək olar.
Nematodlar, kök cürümələri, fuzariozla ilkin mübarizə tədbiri toxumların dərmanlanmasından başlıyır. Daha sonra əkin zamanı, fidan zamanı və vegetasiya dövründə kəpənək kimilərin, sovkaların inkubasiya dövrünə (inkişaf mərhələlərinə görə) uyğun olaraq dərmanlamalar aparılır. Dərmanlama quru, yağışsız və isti havada aparılr. Bəzi həşəratlar axşam yuvalarından üzə çıxdıqları üçün, məhz günün ikinci yarısında dərmanlama aparılır.
4.4. Bitki tərkibinin qiymətləndirilməsi
Qarğıdalı bitkisi çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində bütün B qrupuna aid və H, E, PP, A və beta karotin vitaminləri mövcüddür. Bundan başqa bu bitkinin tərkibində mikro və makroelementlər, yağ, zülal, protein, nişasta, selluloza, kül maddələri də vardır (Cədvəl 4.2). Dənli bitkilərin arasında qarğıdalı ən yüksək 325 kaloriyə malikdir.
Qarğıdalının kimyəvi tərkibinin yaxşılaşdırılması üçün üzvi və qeyri-üzvi gübrələrdən istifadə etmək lazımdır.